AZ

“Yunayted”in sabiq kapitanı intihar etmək istəyən gənci belə xilas edib

“Mançester Yunayted”in və Ekvadorun yığmasının keçmiş kapitanı Antonio Valensiya vətənində bir insanın həyatını xilas etməyə kömək edib.

Publika.az xəbər verir ki, Valensiya bu barədə sosial şəbəkədə yazıb.

O, bu yaxınlarda körpüdən keçərkən intihar etmək üzrə olan bir adam gördüyünü bildirib. Keçmiş futbolçu ailəsi gələnə qədər kişi ilə danışıb. Hər şey yaxşı bitib.

“Mən xoşagəlməz halla qarşılaşdım. Bir gənc körpüdə intihar etmək istəyirdi. Maşından düşüb ona yaxınlaşdım. Onunla danışmağa çalışdım. Allaha şükür, məni tanıdı, mən də ona ruhlandırıcı sözlər deməyə çalışdım. Çox çətin oldu. Şükürlər olsun ki, ailəsi gəldi, intihar etmək fikrindən daşındı.

Seçilən
39
publika.az

1Mənbələr