AZ

Azərbaycanda informasiya agentliklərinə dair yeni tələblər müəyyənləşib

Azərbaycanda informasiya agentliklərinə dair yeni tələblər müəyyənləşib.

FED.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Media haqqında” qanuna dəyişiklikləri təsdiqləməsi ilə mümkün olub.

Dəyişikliyə əsasən, informasiya agentliyinin azı 20 media subyekti ilə informasiya verilməsi (əldə edilməsi) haqqında müqaviləsi olmalı, azı 5 xarici ölkədə jurnalisti akkreditasiya olunmalı, həmçinin hər ay 20 gün ərzində gündəlik dərc etdiyi kütləvi informasiyanın ümumi həcminin azı 80 faizi bu qanunda nəzərdə tutulan tələblərə cavab verməlidir.

Qeyd edək ki, "Media haqqında" qanuna görə, onlayn media subyekti (redaksiyaları) hər ay 20 gün ərzində gündəlik azı 20 kütləvi informasiya dərc etdikdə onun fəaliyyəti davamlı hesab olunur.

Seçilən
73
46
fed.az

10Mənbələr