AZ

Vətəndaşların nəzərinə: Bu yolla pullarınız oğurlana bilər – YENİ ÜSUL

Təmassız ödəniş texnologiyalarından (NFC) istifadə etməklə yeni dələduzluq növləri qeydə alınıb. Belə ki, POS terminal vasitəsilə gizlicə insanların cibinə yaxınlaşaraq, şəxsin kart və ya telefonundan vəsait çəkilir. Mütəxəssislər bunu insanların maliyyə təhlükəsizliyinə təhdid kimi qiymətləndirir.

Bu cür dələduzluq hadisələrindən qorunmaq üçün hansı tədbirləri görmək olar?

Referans xəbər verir ki,Globalinfo.az-a danışan informasiya texnologiyaları üzrə mütəxəssis, İKT Mərkəzinin direktoru Fərid Kazımov deyib ki, bu problem əsasən Qərbdə, NFC texnologiyasını inkişaf etdirən ölkələrdə yaranıb və hələ də qismən mövcuddur:

“Əhali sıx olan ərazilərdə POS terminallarından istifadə edərək kartlardan pul çəkirlər. Problemi həll etmək üçün xarici ölkələrdə xüsusi bank kartları üçün nazik qablar hazırlanıb və satışa çıxarılıb. Kartlar həmin qablara qoyulduqda, oradan radio tezlikləri keçmir. Bundan başqa, “Faradey qəfəsi” adlanan vasitə də eyni funksiyanı yerinə yetirir”.

ferid

Fərid Kazımov

Həmçinin oxuyun:

130 dollara ChatGPT planı satıldı: Dietoloqu hansı cəza gözləyir?

Mütəxəssis bildirib ki, Qərbdə 50 funt və ya 50 avro məbləğindən artıq vəsaiti POS terminalı olmadan kartdan çıxarmaq mümkün deyil:

“Azərbaycanda isə bu məbləğ təxminən 100 manat civarındadır. Məhdud rəqəmin müəyyən edilməsi doğru  yanaşmadır. Bu, daha yüksək məbləğlərin çıxarılmasının qarşısını alır. Lakin əslində dələduzlar həmin kiçik məbləğlərlə qazanmağa müvəffəq olurlar. Bu səbəbdən, xüsusi kart qablarından bank kartlarının müdafiəsi üçün istifadə daha məqsədəuyğun ola bilər. Digər tərəfdən, əgər kartımızı rəqəmsal olaraq Google Pay və digər analoqlar vasitəsilə NFC üzərindən telefonla ödəniş etmək üçün yükləmişiksə, o zaman ödəniş etmədiyimiz zaman NFC-ni deaktiv etmək vacibdir. Kafe, restoran və ya marketlərdə ödəniş zamanı isə NFC-ni yenidən aktivləşdirə bilərik. Bu halda, tamamilə özümüzü qoruya bilərik və heç bir halda xarici müdaxilələrə qarşı açıq olmayacağıq”.

İqtisadçı Xalid Kərimli qeyd edib ki, bu, kiçik dələduzluq sayılır və həmin şəxs çox rahatlıqla tapıla bilər:

xalid

Xalid Kərimli

“POS terminalı hər kəsə verilmir, yalnız VÖEN olan şəxslərə verilir. Yəni, bu cür kibercinayətlərin geniş yayılması mümkünsüzdür və riski də çox aşağıdır. Vəsaitin hansı POS terminalından çəkildiyi asanlıqla müəyyənləşdirilə bilər. Bu zaman terminalın hansı VÖEN-ə bağlı olduğu da aydın olur. Həmçinin, bunun zarafat məqsədi ilə edildiyini istisna etmək olmaz. Çünki POS terminal vasitəsilə çəkilən pul dərhal şəxsin cibinə keçmir, əvvəlcə bank hesabına keçir, oradan isə vergilər ödənilir. Bu proses uzun və nəzarət altındadır. Fikrimcə, bu məsələ daha çox təsadüfi bir haldır”.

Seçilən
40
1
referans.az

2Mənbələr