AZ

"Favorite" mağazasının müştəriləri ƏDV-ni niyə geri ala bilmir? -Ekspert AÇIQLADI

Son zamanlar istehlakçılar arasında bəzi mağazalardan edilən alış-verişlərdən sonra təqdim olunan qəbzlərdə QR kodun yer almasına baxmayaraq, Əlavə Dəyər Vergisinin (ƏDV) geri qaytarılmaması ilə bağlı şikayətlər artmaqdadır. Bu mağazalardan biri də Fovorite Premium mağazasıdır.

Bunun əsas səbəbi nədir?

Mövzu ilə bağlı Redaktor.az-a danışan iqtisadçı Günay Hüseynova bildirdi ki, bu tipli mağazalarda yoxlanış keçirilməlidir:

"Çünki bəzən ƏDV sisteminə qoşulmamaq üçün dövriyyəsi az göstərilir və vergidən yayınma halları olur. Ən böyük problem bilirsiz nədir? Alıcını aldadırlar və bunu bilərəkdən edirlər. Sadəcə məsələni qanuniləşdirməyə çalışırlar. Müəyyən müəssisələr var ki, gözdən pərdə asmaq üçün həmin bu fiskal çeklərdən istifadə edirlər. Fiskal çeklərin isə heç bir əhəmiyyəti yoxdur. Sadəcə bir kağız parçasıdır. Əgər hər hansısa bir obyektdən, müəssisədən şikayət olarsa, yoxlanış keçirilir. Məsələn, onun kamera görüntüləri baxılır və s. Həmin şəxslər də kameranı birbaşa kassanın üzərindən qoymurlar".

Müsahibimiz qeyd etdi ki, bəzi alış-veriş şəbəkələrində kamera sadəcə girişə qoyulur.

"Sadə fiskal çeklər heç bir işə yaramır. Alıcılar hər hansı bir məhsulu aldıqdan sonra təbii ki, marketdə onlara çek təqdim olunur, kassa qəbzi təqdim olunur. Orada bəzi məhsullar olur ki, onlar  ƏDV-ə daxil deyil, o məhsula ƏDV verilmir. Buna da yəni xüsusi diqqət etmək lazımdır",- deyə sonda G.Hüseynova vurğuladı.

Aytəkin TOFİQQIZI

Seçilən
24
1
redaktor.az

2Mənbələr