Çilinin O’Higgins bölgəsində mədən çökməsi nəticəsində bir nəfər ölüb, 9 nəfər yaralanıb, daha beş nəfər itkin düşüb.
Bakues.az “Sinxua”ya istinadən xəbər verir ki, bu barədə Çili Milli Mis Korporasiyası (Codelco) məlumat yayıb.
Bildirilib ki, itkin düşən 5 nəfərin axtarışları davam etdirilir.
Səlahiyyətlilərin məlumatına görə, hadisə ölkənin mərkəzi hissəsində 4,2 bal gücündə zəlzələdən sonra baş verib.
Asim