AZ

Azərbaycanda Marketinq mütəxəssisi üzrəyeni iş elanları

Finss.az - Azərbaycanda fəaliyyət göstərən aparıcı şirkətlər marketinq sahəsində ixtisaslaşmış kadrlar üçün yeni vakansiyalar elan edib. Müxtəlif sahələrdə təmsil olunan bu şirkətlər - "IGA Import Group AZ", "Mazarina Trade Company" və "Veysəloğlu MMC" təcrübəli və təşəbbüskar marketoloqlarla əməkdaşlığa açıq olduqlarını bildiriblər.

"GA Import Group AZ" klub layihəsi üçün tam marketinq strategiyasını idarə edə bilən, sosial media və rəqəmsal kampaniyalar sahəsində təcrübəli mütəxəssis axtarır. Namizədlərdən kontent yaradılması, reklam platformalarında işləmək bacarığı və CRM sistemi ilə tanışlıq gözlənilir. Əməkhaqqı 1000–1500 AZN aralığındadır. Müraciət üçün əlaqə: [email protected]

"Mazarina Trade Company" treyd marketinq üzrə mütəxəssis vakansiyası təqdim edib. Burada əsas vəzifələrə POS materiallarının hazırlanması, satış komandası ilə iş, bazar analizləri və kampaniyaların təşkili daxildir. Namizədlər üçün tələb olunan əməkhaqqı 1200 AZN-dir, 3 aydan sonra KPI üzrə əlavə bonus sistemi tətbiq olunur. Əlaqə ünvanı: [email protected]

"Veysəloğlu MMC" marketinq üzrə ən azı üç illik təcrübəyə sahib, analitik düşüncəli və təqdimat bacarığı olan mütəxəssislərlə əməkdaşlıq etmək niyyətindədir. Şirkət strategiya hazırlanması, layihələrin idarə edilməsi və reklam ehtiyaclarının təyin edilməsində fəal rol ala bilən şəxslər axtarır. Əməkhaqqı müsahibə zamanı müəyyən olunur. Müraciət üçün e-poçt: [email protected]

Bu vakansiyalar marketinq sahəsində işləmək istəyənlər üçün müxtəlif istiqamətlərdə - rəqəmsal kommunikasiya, sahə marketinqi və layihə idarəçiliyi üzrə geniş imkanlar təklif edir.

Seçilən
22
fins.az

1Mənbələr