AZ

Husilər Yəmənin keçmiş prezidentinin oğluna ölüm hökmü verdilər

Husilərin Sənadakı hərbi məhkəməsi Yəmənin mərhum prezidenti Əhməd Əli Abdullah Salehin oğlunu “casusluq” ittihamı ilə ölümə məhkum edib və onun əmlakını müsadirə edib.

NOCOMMENT.az-ın xəbərinə görə, bu barədə “Al Arabiya” nəşri məlumat verib.

Məlumata görə, mərkəzi hərbi məhkəmə Əhməd Əli Abdullah Saleh barəsində qərar çıxarıb və onu dövlətə xəyanət, düşmənin xeyrinə əməkdaşlıq və casusluq, həmçinin korrupsiya ilə bağlı cinayətlərdə təqsirli bilib və əmlakı müsadirə olunmaqla ölüm hökmünə məhkum edib.

Yerli KİV-in məlumatına görə, qərarda həmçinin vəzifə səlahiyyətləri ilə bağlı digər əlavə cəzalarla yanaşı, korrupsiya cinayəti nəticəsində oğurlanmış vəsaitlərin geri qaytarılması da nəzərdə tutulur.

Salehin oğlunun ofisindən məsələ ilə bağlı şərh verilməyib.\\Oxu.Az

Seçilən
8
2
nocomment.az

3Mənbələr