AZ

Almaniya Ukraynaya "Patriot"lar göndərəcək

Bu barədə Ukraynanın müdafiə naziri Denis Şmiqal özünün "X" hesabındaməlumatverib. O diqqətə çatdırıb ki, Berlin Kiyevə əvvəla sözügedən sistemin buraxılış qurğularını çatdıracaq.

"İkinci mərhələdə, yəni növbəti iki-üç ay ərzində isə sistemin əlavə komponentləri təhvil veriləcək. Bu addım ABŞ, Almaniya və digər NATO-ya üzv ölkələrin birgə səylərinin nəticəsidir",- Şmiqal yazıb. O bu münasibətlə alman və amerikalı həmkarları Boris Pistorius və Pit Heqsetə öz təşəkkürünü bildirib.

"Ukraynanın daha çox hava hücumundan müdafiə imkanları qazanması daha çox günahsız insaın həyatının xilası deməkdir!",- nazir vurğulayıb.

Firudin Həmidli
AzVision.az
Seçilən
35
azvision.az

1Mənbələr