PKK-nın Avropa liderlərindən Zübeyir Aydar Lozanna müqaviləsini hədəfə alaraq, bölgədə xəritə dəyişikliyi irəli sürüb.
Publika.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilib ki, PKK-nın üzvləri müqavilənin 102-ci ildönümündə Lozannada mitinq keçirib. Onlar terrorçu Abdullah Öcalanın plakatlarını qaldırıb. Aydar Lozannanı “soyqırım” adlandıraraq, müqaviləni tanımadıqlarını bildirib.
“Gəlin birlikdə Lozannanı parçalayaq. Yeni razılaşma, yeni müqavilə istəyirik. Bölgədə xəritələr dəyişə bilər”, - deyə o bəyan edib.