AZ

“Qarabağ”ın daha bir sabiq futbolçusu “Turan Tovuz”a KEÇƏ BİLƏR

"Turan Tovuz"un İbrahima Vadji transferi ölkə futbolunun gündəmini zəbt edib. Sabiq "Qarabağ"lının Premyer Liqaya qayıdışı çoxları üçün gözlənilməz olub. 

Bizim.Media xəbər verir ki, bölgə klubu daha bir səs-küylü transfer gerçəkləşdirə bilər. 

"Turan Tovuz" bu yay "Qarabağ"dan ayrılan Marko Veşoviçlə danışıqlar aparır. 

Premyer Liqanın digər iddialı komandaları ilə müqayisədə bir qədər passiv görünən "Turan Tovuz" mövsümün startına qədər bir neçə futbolçunun keçidini həll etməyə çalışır. Əgər Veşoviçlə danışıqlar uğurla nəticələnsə, o növbəti mövsümü də Azərbaycanda keçirə bilər.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
45
bizim.media

1Mənbələr