AZ

Saleh Məmmədov Ağsuda vətəndaşları qəbul edib

Bu gün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Ağsu rayonunda vətəndaşları qəbul edib.

Bakues.az agentliyə istinadən xəbər verir ki, qəbulda Ağsu və İsmayıllı rayonlarından olan vətəndaşların müraciət və şikayətləri dinlənilib.

Müraciətlər əsasən avtomobil yollarının təmir-bərpası və yenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı olub.

Qəbulda şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.

Seçilən
40
7
icma.az

10Mənbələr