AZ

Azərbaycan Qış İdman Növləri Federasiyası rusiyalı idmançının milliyə buraxılmamasına münasibət bildirib

Azərbaycan Qış İdman Növləri Federasiyası rusiyalı idmançı Veronika Jilinanın Azərbaycan millisinə keçidinin baş tutmamasına münasibət bildirib.

Bu barədə qurumdan "Report"un sorğusuna cavab verilib.

"Azərbaycan Qış İdman Növləri Federasiyası olaraq bildirmək istərdik ki, Beynəlxalq Konkisürmə Birliyinin (ISU) bu cür qərar verməsi təəssüf doğurur. Xüsusi vurğulamaq istərdik ki, Veronika Jilina da öz müraciətində ölkəmizi beynəlxalq yarışlarda təmsil etmək istəyində maraqlı olduğunu qarşı tərəfin diqqətinə çatdırıb. Qış İdman Növləri Federasiyası olaraq proseslərin davamı olaraq növbəti mövsümdə Veronika Jilinanın Azərbaycanı təmsil etməsi üçün yenidən Beynəlxalq Konkisürmə Birliyinəmüraciət etməyi planlaşdırırıq", - deyə federasiyadan bildirilib.

Qeyd edək ki, ISU Şurasının qərarına əsasən, fiqurlu konkisürənin Azərbaycan yığmasına keçidi reallaşmayıb. Veronika Jilinanın 17 yaşı var. O, may ayında sosial şəbəkə hesabında Azərbaycan pasportunu aldığını yazıb.

Seçilən
48
1
report.az

2Mənbələr