Məşhur aktrisa Sıla Türkoğlu, bir müddətdir birlikdə olduğu iş adamı Ata Ayyıldızdan İtaliyanın Como gölündə romantik evlilik təklifi alıb. Təklifə "bəli" cavabı verən aktrisanın xoşbəxt anları sosial şəbəkələrdə böyük maraqla qarşılanıb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, "Kızılcık Şerbeti" serialındakı performansı ilə geniş izləyici kütləsi qazanan Türkoğlu, şəxsi həyatı ilə bu dəfə də gündəmə gəlib. Cütlük əvvəlcə Milana, daha sonra isə Como gölünə səyahət edib. Əsl məqsəd isə göl üzərində, çiçəklərlə bəzədilmiş bir qayıqda təşkil olunan sürpriz evlilik təklifi olub.
26 yaşlı aktrisa xoşbəxt xəbəri Instagram hesabında paylaşaraq üzüyünü və aldığı çiçəyi izləyicilərinə göstərib. Paylaşım qısa müddətdə minlərlə bəyənmə toplayıb, şərh bölməsində isə "Nəhayət gözlənilən təklif gəldi" kimi rəylər yazılıb.
Türkoğlu bir neçə ay əvvəl serialdakı tərəf müqabili Doğukan Güngörlə yollarını ayırmışdı. Bu ayrılıqdan sonra girişimçi və iş adamı Ata Ayyıldız ilə yeni münasibətə başlayan aktrisa şəxsi həyatını əsasən ictimaiyyətdən uzaq tutmağa üstünlük verib. Lakin bu romantik və xüsusi evlilik təklifi ilə birlikdə cütlük yenidən magazin gündəminin diqqət mərkəzinə düşüb.