AZ

Zahid Oruc: “Rusiya tv-ləri 90-cı illərə qayıdıb...”

Rusiya-Azərbaycan münasibətləri hər gün daha da pisləşir...

Millət vəkili: “Biz indiki halda əsasız bir şəkildə dövlətimiz əleyhinə yürüdülən siyasəti, medianın oynadığı çirkin rolu görürük”. “Rusiya telekanaları, ümumilikdə ölkənin kütləvi informasiya vasitələri istər dünya, istərsə də, region dövlətləri ilə münasibətlərdə əsasən Ukraynaya qarşı apardıqları müharibənin prizmasından yanaşaraq, bizim tunel baxışı adlandırdığımız birtərəfli pzimadan qururlar”.

Bu sözləri millət vəkili Zahid Oruc Rusiya-Azərbaycan münasibətlərinin pisləşməsini Poliqon-a şərh edərkən qeyd edib.

Məlumdur ki, Rusiya-Azərbaycan münasibətləri hər gün daha da pisləşir. Rusiya rəsmiləri ehtiyatlı bəyanatlar versələr də, rus təbliğatçılar televiziya və sosial şəbəkələrdə Azərbaycana qarşı çirkin kampaniya aparmaqla yanaşı, həm də ölkəmizin rəhbərliyini açıq şəkildə təhdid edirlər. Bütün bu böhtan və təhdidlər fonunda Azərbaycanın kabel televiziyaları rus telekanallarını yaymaqda davam edir və onları öz siyahılarında ilk yerlərdə, hətta Azərbaycan kanallarından da ön sıralarda abonentlərinə təqdim edirlər.

Bütün baş verənlərin fonunda, Azərbaycanda rus təbliğat kanallarının yayımının məhdudlaşdırılması daha doğru olmazmı?

Azərbaycan-Rusiya münasibətlərinin indiki mərhələsini Poliqon-nun əməkdaşı millət vəkili Zahid Oruc ilə müzakirə edib.

Zahid Oruc: “Rusiya təbliğatçıları Ermənistan əleyhinə söylədikləri arqumentləri ilə ölkəmiz əleyhinə kampaniya eyni tezislər üzərində qurularkən, ortada kəskin geosiyasi, iqtisadi və digər fərqləri görmədən məcburi eyniləşdirmə xətti imperiya refleksidir, Qafqazları daim itaətdə saxlamaq və onları ikinci növ xalqlar kimi görmək ideologiyasının hələ də Kremldə yaşamasının göstəricisidir”.

Azərbaycanın çoxəsrlik tarixində yalnız vassal, təbəə, yaxud Moskvadan idarə olunduğu dövrlərin təcrübəsi İlham Əliyevin liderliyi ilə tarixi bir miras kimi arxada qalıb və 44 günlük Zəfər hərəkatı həm də tarixin, bir neçə yüz ilin gerçəklərinin əleyhinə yeni geosiyasi reallıq yaradıb. İndi Kürəkçaydan Moskva müqaviləsinədək taleyimizin başqaları tərəfindən həll olunduğu xanlıq və sovetlər erası lığv edilib, dövlətimiz coğrafi böyümədən sonra siyasi və geopoliitik ambisiyalarını daha geniş məkanlara çıxarmağa qadirdir, onunla hesablaşmağa hər kəsi vadar edir. Daim asılı olan, müxtəlif paytaxtlara boylanan və ucqarlar kimi çıxış edən keçmiş metropoloyilardan fərqli olaraq, Azərbaycan daha böyük dövlətlərin maraqlarının uzlaşdırıcısı kimi çııxş edir, Osmanlıdan şah İranına və Rusiya imperiyasına qədər böyük ərazilərdə yaşanan savaşlardan fərqli olaraq, Bakı indi qlobal siyasi mərkəzdir, beynəlxalq barış və anlaşmaların tapıldığı məkandır. Görünür, məhz belə arxitektura quruculuğu Moskvanı narahat edir və Z propqandaçıları özündən çıxarır, Kedmi kimi şəxslərin belə tarazlığı pozulur, zatulinləşmə ümumi trendə çevrilir. Ona görə də ölkəmizi imperiya ucqarı, yaxud üsyan qaldıran Məhəmməd ümməti kimi təsvir edən kartotekaları Rusiya XİN-indən çıxarmaq, yeni səhifədən iki dövlətin bərabərhüquqlu münasibətlərini həzm etmək gərəkdir. Əksinə düşünən və Qafqaza raket zərəbələri endiməyə çağıran qırğılar, onların media uzantılarına haqlı olaraq, dövlətimiz simmetrik şərtlər irəli sürüb, xəbərdarlıq edib:

Rusiya telekanalları və təbliğatçıları ümumilikdə ölkənin kütləvi informasiya vasitələri istər dünya, istərsə də, region dövlətləri ilə münasibətdə əsasən Ukraynaya qarşı apardıqları müharibənin həmin ölkələrdə dəyərləndirilməsinə münasibət üzərində çıxış edirlər. Hərbi meydanda durum dəyişdikcə, aqressivlik artır və ya azalır, televiziyalarda da aqresivlik və imperiya yaddaşının, hikkə və diktəsinin işə düşməsi sinxron işə düşür. Solovyov, Simonyan ön planda İrəvan və Bakı əleyhinə eyni ritorika ilə danışırlar, halbuki birini “Qərbin forpostu” kimi ittiham edənlərin eyni arqumentlə Bakı üzərinə gəlməsi onsuz da müttəfiqlərini itərərək zəifləyən bir dövlətin əleydarlarını daha da artırır. Təyyarəmizin vurulmasının məsuliyyətini daşımağa qoymayan da həmin zehniyyyətdir. Məgər, Bakı NATO-nu bölgəyə gətirir ki, eyni adamlar vahid tezislə bizə hücum edirlər?

Unutmayaq ki, 90-cı illərin Yeltsin Rusiyası, ondan əvvəl Qorbaçovun dövründə yürüdülən azğın siyasət, işğal aktları və soyqırımlar , ona informasiya dəstəyi verərək, hirbrid savaş yürüdənlərin planları yenidən təkrarlansa da nəticə əvvəlki dövrlə eyni ola bilməz. Rusiya tvləri 90-cı illərə qayıdanda güclənmir, əksinə izqoyaya çevrilir və qlobal izolyasiyanı gücləndirir.

Ulu öndərin liderliyi sayəsində 1993-cü ildən sonra bizə qarşı aparılan çirkin təbliğat zəiflədi, həqiqətlərimiz beynəlxalq məkana çıxarıldı. 2020-ci ildə 44 günlük Zəfər hərəkatından sonra Rusiya-Ermənistan münasibətlərinin pisləşməsi fonunda əsasən rəsmi İrəvan əleyhinə yürüdülən kampaniya insanlarımızda kövrək bir ümid yaratdı ki, bəlkə velikoruslar artıq yeni reallığı və tarixi səhvləri dəyişdirmək fikrindədirlər.Slavyan dominantlığı və millətçiliyi əvəzinə Rusiyanı orada yaşayan bütün xalqların vətəni kimi görmək xətti sabitlik üçün hamıya fayda verərdi, əvəzində azərbaycanlıları kriminal OPQ kimi ekranlara gətirib nifrət nitqi ilə onlara qarşı gündəlik hücumlar təşkil etmək və daimi düşmə\n axtarışı, Qafqaz siması təbliğatı əks təsirlər doğurur və dövlətimiz güzgü effekti ilə Kremlə xatırladır ki, əməllərinin qarşılığını görəcək. Titullu xalq direktivəri indi işləmir.

Rusiya Silahlı Qüvvələri tərəfindən təyyarəmiz vurulandan sonra yenidən ekrandan asılı qalan politoloqların, siyasətçilərin, parlamentarilər siyasi qəza yaratdılar.

Ermənistan hakmiyyətini məxməri elita, inqilabi Soros layihəsi sayanlar Bakıya qarşı 2-ci cəbhə açmadığımız, Avropanın müşahidə missiyasına qarşı döyüşdüyümüz və forpost olmadığımız halda körpü əvəzinə səngər qazıb üzərimizə gəlirlər, bütün qütbələrə Ukrayna prizmasından baxırlar.

Halbuki dövlət başçımız elə bir regional təhlükəsizlik və beynəlxalq siyasət həyata keçirir ki, 3-cü paytaxtlar regiona müdaxilə edə bilməsin. 2022-ci ildə Moskvada iki dövlətin imzaladığı sənəd qarşılıqlı təhlükələri sıfırlamağa xidmət edirdi, lakin Kiyevə hücum zamanı cənub cəbhəsindən özünə zərbə gözləməmək heç də o anlama gəlmir ki, biz ABŞAvropa Birliyi ilə siyasətimizi Moskvanın xeyrinə sanksiyalar altına almalıyıq. Ona görə də hamını inoagent siyahısına alıb günahlandırma faşizm doğurur. Belə şəraitdə Rusiya kütləvi informasiya vasitələrinin kibeməkanmıza gündəlik hücumları neytrallaşdırılmalıdır.

Sputnikin fəaliyyətinin dayandırılması və onun casus nümayəndələrinə qarşı sərt tədbirlər Azərbaycan dövlətinin yetərli məlumatlara malik olduğunu göstərir. Coğrafi, mavi vətən kimi kiberfəza da kibervətən adlanır. Biz nformasiya məkanımızı qorumalıyıq.

Rusiya müvafiq qurumlarına xəbərdarlıq edilməlidir ki, Azərbaycanı çarizm və sovet dövründəki əyaləti kimi gördükləri era dəyişib. Qələbəmizin təftişi əks addımlara səbəb olur, Qarabağdan könüllü gedən erməniləri Paşinyan əleyhinə layihəyə qoşa bilməyib indi onları yenidən Bakıya qarşı silaha çevirmək qeyri-mümkündür. Ermənilər imperiya siyasətinə alət olmağın ağır bədəlini ödəyiblər. Qorbaçov-Yeltsinlə bərabər onları media mirası da tarixin arxivinə atılmalıdır. Media orqanlarımız haqlı olaarq, Rusiyanın müvafiq təsisatlarına, həmin televiziyaların fəaliyyətini tamamilə yasaq ediləcəyi ilə bağlı xəbərdarlığı tam qanunidir, legitimdir”.

Nərminə Umudlu
Poliqon.info

Seçilən
5
poliqon.info

1Mənbələr