AZ

Xankəndidə zərərli orqanizmlərə qarşı fitosanitar tədbirlər həyata keçirilib - FOTO

Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində kənd təsərrüfatının bərpası və inkişafı istiqamətində kompleks tədbirlər davam etdirilir.

Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata əsasən, bu çərçivədə Aqrar Xidmətlər Agentliyinin (AXA) Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin mütəxəssisləri tərəfindən Xankəndi şəhəri ərazisində bitki sağlamlığının qorunması məqsədilə monitorinqlər aparılıb.

Monitorinqlər zamanı parklarda, yaşıllıq sahələrində və yol kənarlarında əkilmiş cökə ağaclarında zərərli orqanizmlərin yayılması halları müəyyən edilib. Aşkarlanan fitosanitar risklərə qarşı müvafiq kimyəvi mübarizə tədbirləri həyata keçirilib. Mübarizə tədbirləri zərərli orqanizmlərin qarşısının alınması, ağacların sağlamlığının qorunması və yaşıllıq zolaqlarının ekoloji davamlılığının təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Qeyd olunub ki, işğaldan azad olunmuş digər ərazilərdə də AXA-nın Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin əməkdaşları tərəfindən əkin sahələrində və meşə zolaqlarında zərərli orqanizmlərə qarşı mütəmadi olaraq monitorinqlər və mübarizə tədbirləri həyata keçirilir.

"Cebheinfo.az" 

Seçilən
12
6
cebheinfo.az

7Mənbələr