AZ

NEQSOL Holding PARLA proqramına görə 2025 Stevie® Awards Qızıl və Gümüş mükafatlarına layiq görülüb

Bakı. Trend:

NEQSOL Holding, Təhsilin İnkişafı Fondu ilə əməkdaşlıqçərçivəsində həyata keçirdiyi, PARLA Tələbə Qızlar üçün Təqaüd vəİnkişaf Proqramına görə iki kateqoriya üzrə nüfuzlu beynəlxalq 2025Stevie® Awards for Great Employers mükafatına layiq görülüb.Ümumilikdə, NEQSOL Holding “Genişləndirilmiş korporativ təhsilproqramlarında nailiyyət” kateqoriyasında Qızıl, “Müxtəliflik vəinklüzivlik sahəsində nailiyyət” kateqoriyasında isə Gümüş mükafatqazanıb.

Dünyada biznes sahəsində ən nüfuzlu mükafatlardan biri kimitanınan Stevie® Awards, innovativ və məqsədyönlü təşəbbüslərvasitəsilə əhəmiyyətli töhfə verən təşkilatların nailiyyətləriniqiymətləndirir. PARLA proqramının ikiqat qələbəsi NEQSOL Holding‑iimkanların genişləndirilməsi, inklüzivlik və dayanıqlı inkişafprinsiplərinə sadiq aparıcı beynəlxalq şirkətlər sırasına daxiledir.

“PARLA proqramının ikiqat tanınması bizim üçün həm şərəf, həm dəilham mənbəyidir”, deyə NEQSOL Holding-in Sədri Yusif Cabbarovbildirib. “Bu nailiyyət təhsilin və inklüzivliyin dəyişdiricigücünə olan dərin inamımızı əks etdirir. PARLA sadəcə bir proqramdeyil – bu özünə inamlı, peşəkar liderlərin yeni nəsliniformalaşdırmaq və gənc xanımların tam potensiallarınıgerçəkləşdirmələrinə şərait yaratmaq öhdəliyidir”.

NEQSOL Holding-in Təhsilin İnkişafı Fondu ilə əməkdaşlıqçərçivəsində həyata keçirdiyi PARLA proqramı tələbə qızlara təqaüd,karyera inkişafı, liderlik təlimləri və mentorluq proqramlarıvasitəsilə dəstək göstərir. Proqram gənc xanımlara icmalarında vəpeşəkar sahələrində inkişafın aparıcı qüvvəsinə çevrilmələri üçünzəruri bilik, bacarıq və özünə inam qazandıraraq, onlarınpotensialını tam reallaşdırmalarına şərait yaradır.

Stevie® Awards mükafatında iştirak üçün təqdim olunanmüraciətlər dünyanın müxtəlif ölkələrindən olan nüfuzlu rəhbərlər,sahibkarlar, yenilikçilər və biznes təlimçilərindən ibarətmünsiflər heyəti tərəfindən qiymətləndirilir. Bu il münsiflərheyəti PARLA proqramını ölçülə bilən təsiri, inklüziv yanaşması vəuzunmüddətli baxışı üçün yüksək qiymətləndirib:

  • “Görkəmli nailiyyət, heç bir şərhə ehtiyac yoxdur! Bu proqrambütün dünyada tanınmağa layiqdir.”
  • “Bu təşəbbüslər yalnız inklüzivliyi gücləndirmir, həm dəqadınlara öz məqsədlərinə çatmaq üçün geniş imkanlar yaradır.”
  • “Güclü müraciət, nəzərəçarpan nailiyyətlər... Əla iş!”

“Bu mükafatlar bir daha göstərir ki, insanlara, təhsilə vəliderliyə sadiqliyimiz şirkət daxilində real nəticələr verməkləyanaşı, həm də beynəlxalq səviyyədə yüksək qiymətləndirilir,” deyəNEQSOL Holding-in İnsan Kapitalı üzrə Baş Direktoru Meriç Tunçbildirib. “Tərəfdaşlarımıza və beynəlxalq münsiflər heyətinəmissiyamıza göstərdikləri inam və dəstəyə görə səmimi təşəkkürümüzübildiririk.”

NEQSOL Holding qlobal miqyasda mövqelərini gücləndirməyə davametdikcə, PARLA kimi proqramları onun sosial məsuliyyətə, imkanlarıngenişləndirilməsinə, innovasiyalara və inklüziv inkişafasadiqliyini nümayiş etdirir.

NEQSOL Holding 11 ölkədə telekommunikasiya, enerji, tikinti,mədənçıxarma və yüksək texnologiyalar sahələrində fəaliyyətgöstərən beynəlxalq şirkətlər qrupudur.

Seçilən
34
7
az.trend.az

8Mənbələr