“Bakcell” və “Uber” tərəfdaşlığı genişlənir
İnnovasiya və sürət lideri “Bakcell” dünyanın aparıcı taksi aqreqatorlarından biri olan “Uber” ilə əməkdaşlığını davam etdirir. “Uber” platforması vasitəsilə hər sifariş zamanı sərnişinlər səyahət boyu "Bakcell”in ödənişsiz təklif etdiyi 1GB həcmində internet paketindən faydalana biləcəklər. Təklifdən yararlanmaq üçün “Uber” tətbiqi üzərindən sifariş zamanı "Fastest" kateqoriyasındakı tariflərdən birini seçmək kifayətdir. Təqdim olunan 1 GB internet paketi sərnişinlər üçün 30 dəqiqə ərzində keçərli olacaq. "Bakcell" və "Uber"in istifadəyə verdiyi bu innovativ xidmət sürət və bağlantını bir araya gətirərək sərnişinlərə daha səmərəli və fərqli səyahət təcrübəsi qazandıracaq. “Bakcell” davamlı olaraq abunəçilərinin gündəlik təcrübəsini zənginləşdirən innovativ məhsul və həllər təqdim edir. Belə ki, son bir il ərzində şirkət Azərbaycanda “Birinci Tariff”, “Tarif məsləhətçisi”, “VoWifi”, “Bakcell Fiber”, “Star tarifləri” daxil olmaqla süni intellekt, texnologiya və son dövr yeniliklərə əsaslanan məhsul və xidmətlərini istifadəyə verib. Təklif barədə daha ətraflı məlumatı “Bakcell”in saytından və ya rəsmi sosial şəbəkə hesablarından əldə etmək mümkündür. Reklam hüququnda