Qaynarinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Təbiətdə keçəl pişik, keçəl it, keçəl meymun və ya quş görmürük. Amma insanlara gəldikdə, zamanla saçlarını itirməsi çox təbii hal hesab olunur. Xüsusilə kişilər zamanla keçəlləşərkən, qadınlarda da saç tökülməsi intensiv şəkildə müşahidə oluna bilər. Bəs buna səbəb nədir?
Qaynarinfo xəbər verir ki, kişilərdə keçəllik genetik irsi haldır. Keçəllik hallarının əksəriyyətini təşkil edir. Saç köklərinin testosteronun yan məhsulu olan dihidrotestosterona həssaslığından yaranır. Buna görə də, qadınların bədənlərində ümumiyyətlə çox az testosteron olduğundan bu hal əsasən kişilərə təsir edir.
Hər iki cinsdə saç tökülməsinə digər sağlamlıq problemləri də səbəb ola bilər. Alopesiya areata (yaylım tökülmə), bədənin immun sisteminin saç köklərinə hücum etməsinə səbəb olan avtoimmun xəstəlikdir. Bu, lokal sahələrdə saç tökülməsinə gətirib çıxarır. Alopesiya areatanın bir növü olan alopesiya totalis tam keçəlliyə səbəb ola bilər. Stress və ya travma keçəlliyin və ya yüngül saç tökülməsinin əsas səbəblərindən ola bilər, lakin bu hallarda saçlar adətən yenidən bitir. Dəmir, protein və D vitamini kimi əsas vitamin və mineralların çatışmazlığı da saçlarınızı seyrəldir.
Yaşlandıqca saç folikullarındakı kök hüceyrələr zədələnə bilər. Tokioda aparılan araşdırmada, yaşla əlaqəli DNA zədəsinin "Kollagen 17A1" adlı zülalı məhv etdiyi və nəticədə folikul hüceyrələrinin dəri hüceyrəsinə çevrilməyə başladığı göstərilib. Bu proses saç folikullarının kiçilməsinə və yox olmasına səbəb ola bilər, xüsusilə 55 yaşdan sonra kişilərdə daha aydın görsənir.
Keçəlliyə müalicə varmı?
Kişi tipi keçəllik problemində kömək üçün müxtəlif dərmanlar və prosedurlar mövcuddur. Dərmanlar həm reseptli, həm də reseptsiz satılır, lakin dərmanla heç bir irəliləyiş görmək adətən aylar çəkə bilər. Yan təsirlərinin olma riskini də qəbul etmək lazımdır.
Digər keçəllik halları üçün fərqli seçimlər var. Saç əkim əməliyyatları saç dərinizin bir hissəsindən götürülən sağlam saç köklərini saç çıxmayan sahələrə köçürür. Lazer müalicəsi bəzi müsbət nəticələr verən nisbətən yeni üsuldur.
Aydın
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.