“YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı, "TABİA Group"un və “Lankaran Springs Wellness Resort” Hotelin birgə tərəfdaşlığı ilə keçirilən 4-cü “YAŞAT” düşərgəsinin 7-ci həftəsində də maraqlı və əyləncəli anlar yaşanıb.
Azərbaycanlı və türkiyəli şəhid övladları hoteldaxili əyləncə, parkur, boulinq, hovuz, fort-boyard, futbol və voleybol saatlarında, oxatma təlimlərində, "Booo.az"ın təşkil etdiyi idman oyunlarında bir araya gələrək
xoş və yaddaqalan anlar yaşayıblar.
Jurnalist, səyyah və bloger Azər Qərib iştirakçılarla görüşündə müxtəlif ölkələrə səfərlərindən, bu istiqamətdə həyat təcrübəsindən danışıb, çoxsaylı sualları cavanlabdırıb.
Sosioloq və pedaqoq Mail Yaqub uşaqlara təhsil və şəxsi inkişaf istiqamətində dəstək məqsədilə nəzəri biliklər aşılayıb, təcrübələrini bölüşüb.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev ənənəvi və sosial medianın inkişaf trendləri barədə interaktiv müzakirə əsaslı təlim keçib.
"Bilim Bakı" mərkəzinin rəhbəri Ahmet Köse innovativ texnologiyaların və yeniliklərın iştirakçıların şəxsi həyatındakı rolundan söz açıb.
Düşərgənin yekunu ilə bağlı təşkil olunan mərasimdə "YAŞAT" Fondunun rəhbəri Elvin Hüseynov və digər rəsmilərin iştirakı ilə uşaqlara hədiyyələr təqdim olunub.
ASAN Radio və TV-nin təşkilati dəstəyi ilə reallaşdırılan konsert proqramında türkiyəli müğənni Doğuş və Azərbaycanın estrada ulduzu Nura Suri ifalarını səsləndirərək xoş anlar yaşadıblar.
Həftə çərçivəsində düşərgə iştirakçılarından Zeynəb Bayramlının doğum günü də qeyd olunub.
Bununla da 4-cü "YAŞAT" düşərgəsinə yekun vurulub. 7 həftə ərzində 500-ə yaxın şəhid övladının müxtəlif tədbirlərdə iştirakı təmin edilib.
Tərəfdaşlar: TABİA Group və “Lankaran Springs Wellness Resort” Hotel;
Sponsorlar: NEQSOL Holding, Bakcell, Norm, AMO Corporate Group, GILTEX MMC, Nar, DTİK, DadHouse;
Dəstəkçilər: “ASAN xidmət”in “İnnovasiyalar Mərkəzi”, “ABAD”, “PAŞA Həyat”, “Azərbaycan Hava Yolları” QSC, “Badamlı Mineral Suları”, Milla, "Happy Day Cake", Nefertum
Media dəstəyi: AzTV, İTV, ASAN Radio/TV






