AZ

İctimai birlik sədri yubiley medalı ilə təltif olunub

ain.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ölkəmizdə rəsmi qaydada ictimai fəaliyyətlə məşğul olan qurum kimi kitab nəşr edən, saytlar quran, layihələr gerçəkləşdirən, konfrans, festival, görüşlər düzənləyən Dünya Gənc Türk Yazarlar Birliyi yetərli təcrübəyə, bilgilərə, əlaqələrə malikdir. Birlik indiyədək Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, Mədəniyyət Nazirliyinin, Gənclər Fondunun, Azərbaycan Respublikasının Prezidenti yanında QHT -lərə Dövlət Dəstəyi Şurasının və s. donor qurumların dəstəyi ilə bu sahədə onlarla lahiyə həyata keçirib. 

İctimai fəaliyyətə aid sahələrdə uğur qazanan müəllifləri təqdir etmək, onları dəyərləndirmək və fərqləndirmək də qurumun vəzifələrindəndir. 

Bu günlərdə tibb elmləri doktoru, tanınmış ziyalı Yazgül Abdıyeva Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən medalla təltif olunub. Daima ədəbi-mədəni fəaliyyətlərə dəstək verən Yazgül Abdıyevaya 25 illik yubiley medalını birliyin sədri, şair-publisist İntiqam Yaşar təqdim edib. Qeyd edək ki, medal DGTYB-nin fəaliyyətinin 25 illiyi münasibətilə təsis olunub və ölkənin tanınmış elm, mədəniyyət sahəsində çalışan, eyni zamanda, aktiv fəaliyyətdə olan ictimai xadimlərinə təqdim olunub.

İctimai fəaliyyətlə davamlı məşğul olan “Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri, tibb elmləri doktoru Yazgül Abdıyeva deyir: “Türk Dünyası və türk xalqları arasında ədəbi-mədəni əlaqələrin qurulması və möhkəmləndirilməsi hər zaman böyük əhəmiyyət daşıyır və bu yolda xidmət etmək mənim üçün qürurvericidir”.

Zərifə BƏŞİRQIZIXQ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
7
1
xalqqazeti.az

2Mənbələr