AZ

Sanatoriyaya getmək istəyənlərin diqqətinə: Məlumatlar...

GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Hazırda SMART Sanatorium nəzdində 6 sanatoriya var və hər biri müxtəlif təyinatlıdır. Onlardan biri “Abşeron” mədə-bağırsaq təyinatlı sanatoriyasıdır”.

Globalinfo.az xəbər verir ki, bu sözləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) İnformasiya Texnologiyaları və Rəqəmsal İdarəetmələr şöbəsinin müdiri Azər Sanılı deyib.

O bildirib ki, dayaq-hərəkət aparatının xəstəliklərinin müalicəsi üçün nəzərdə tutulan “Şıx”, təmir işləri yekunlaşmaq üzrə olan “Günəşli” nevroloji sanatoriyası, “Qaranquş” uroloji sanatoriyası və “Bilgəh” kardioloji sanatoriyası mövcuddur:

“Hər birində xidmətlər elektron qaydada fəaliyyət göstərir. Bütün xəstələrin məlumatları “smart sanatorim” adlanan proqram təminatı ilə işlənilir. Qeydiyyatdan sonrakı proseslər, yerləşmə, otaq, çarpayı, müalicə növbəsi və prosedurları da həmin proqram vasitəsilə icra olunur”.

Zaira Akifqızı

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
91
globalinfo.az

1Mənbələr