AZ

Azərbaycanda “Ərəb dili ayı” çərçivəsindəki müsabiqələrdə iştirak etmək istəyən tələbələrin nəzərinə

Azertag saytına istinadən ain.az xəbər verir.

Bakı, 1 avqust, AZƏRTAC

Səudiyyə Ərəbistanı Krallığında fəaliyyət göstərən Kral Salman adına Beynəlxalq Ərəb Dili Akademiyasının təşəbbüsü ilə avqust ayı Azərbaycanda “Ərəb dili ayı” kimi elan olunub. Bu münasibətlə ərəb dilinə maraq göstərənlər üçün bir sıra tədbir və müsabiqələrin keçirilməsi nəzərdə tutulur.

Bu barədə AZƏRTAC-a Bakı Dövlət Universitetindən məlumat verilib.

Ayın ilk iki həftəsində ərəb dili üzrə şeir, qiraət və inşa müsabiqələri təşkil ediləcək. Bu müsabiqələrdə Azərbaycanda ərəb dili öyrənən hər kəs iştirak edə bilər. Bu, yaradıcılıq, dil bacarıqları və təqdimat qabiliyyətini nümayiş etdirmək üçün mükəmməl bir fürsətdir.

Şeir müsabiqəsində iştirakçılar ərəb ədəbiyyatından seçilmiş şeiri maksimum 2 dəqiqədə səsləndirərək təqdim edəcəklər. Şerlər intonasiya və emosional təsir, tələffüz və dil səviyyəsi, təqdimat və səhnə mədəniyyəti meyarları üzrə qiymətləndiriləcək.

İştirakçılar təqdim olunacaq mövzular əsasında 250–300 söz arasında ərəb dilində inşa yazmalıdırlar. İnşalar dil qaydalarına riayət, məntiqi quruluş və məzmun, qiraət müsabiqəsi, fikirlərin ardıcıllığı və axıcılığı meyarları üzrə qiymətləndiriləcək.

Qiraət müsabiqəsi zamanı iştirakçılar ərəb dilində qısa, ibrətamiz və mənalı bir hekayəni səsləndirəcəklər. Müsabiqə qiraət bacarığı və dinləyici ilə əlaqə, hekayənin məzmunu və aktuallığı, əxlaqi və mənəvi mesaj meyarları üzrə qiymətləndiriləcək.

Şeir müsabiqəsi avqustun 12-də, qiraət və inşa müsabiqələri avqustun 13-də Bakı Avrasiya Universitetində keçiriləcək.

Qeydiyyat avqustun 9-dək davam edəcək.

Avqustun 18-də Bakı Dövlət Universitetində mükafatlandırma mərasimi təşkil olunacaq.

Qaliblər sertifikat və dəyərli hədiyyələrlə təltif olunacaqlar.

Müsabiqədə iştirak etmək üçün keçid vasitəsilə qeydiyyat forması doldurulmalıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
3
azertag.az

4Mənbələr