AZ

Tramp əczaçılıq şirkətlərini hədələyib

AzVision.az “Reuters” agentliyinə isitnadən xəbər verir ki, hələ may ayında Ağ Ev rəhbəri dərman istehsalçılarını ABŞ bazarındakı qiymətləri beynəlxalq standartlara uyğunlaşdırmağa çağıran sərəncam imzalayıb.

Donald Tramp xəbərdarlıq edib ki, əgər tələblər yerinə yetirilməsə, hökumət sanksiyalar tətbiq edəcək və ya xaricdən daha ucuz dərmanların idxalı da daxil olmaqla başqa tədbirlər görəcək.

Agentliyin məlumatına görə, məktublar “Eli Lilly”, “Sanofi”, “Regeneron”, “Merck & Co”, “Johnson & Johnson” və “AstraZeneca” şirkətlərinin baş direktorlarına göndərilib.

“Bu kritik problemin həlli üçün mənim administrasiyamın aldığı təkliflərin əksəriyyəti eyni şeyi daha çox vəd edib: günahın başqasının üzərinə qoyulması və sənayeyə milyardlarla ödənişlə nəticələnəcək siyasət dəyişikliklərin tələb olunması”,- ABŞ prezidenti alınan elektron məktubların surətini özünün “Truth Social” sosial şəbəkəsindəki hesabında yerləşdirərək yazıb.

O, istehsalçıları aztəminatlı insanlar üçün “Medicaid” proqramına daxil olan bütün xəstələrə“xalqa ən yaxşı qiymət”mexanizmini tətbiq etməyə və yeni dərmanların belə qiymətlərinə zəmanət verməyə çağırıb.

Amerika lideri vurğulayıb ki, şirkətlər ölkə daxilində aşağı qiymətləri kompensasiya etmək üçün xaricdə yüksək qiymətlər hesabına götürdükləri artıq gəlirləri qaytarmağa borcludurlar. Onlar hökumətlə razılaşmalar vasitəsilə amerikalı xəstələrin və vergi ödəyicilərinin maraqlarını qorumalıdırlar.

Trampın tələbinə əsasən, Amerikanın əczaçılıq şirkətləri tərəfindən digər inkişaf etmiş ölkələrə ABŞ-dən daha sərfəli qiymətlər təklif olunmamalıdır.

Əcazçılıq şirkətləri sentyabrın 29-dək bu şərtlərlə bağlı ABŞ hökumətinə konkret öhdəliklər təqdim etməlidirlər.

- Əgər siz hərəkətə keçməkdən boyun qaçırsanız, biz amerikalıları dərmanlara qiymətlərin formalaşmasındakı sui-istifadədən qorumaq üçün arsenalımızdakı bütün vasitələrdən istifadə edəcəyik”,- Donald Tramın xəbərdarlığında vurğulanır.

Lakin mütəxəssislərin fikrincə, əczaçılıq şirkətlərinin tələb olunan qiymət endirimlərinə razı olacaqları inandırıcı görünmür.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
43
2
azvision.az

3Mənbələr