AZ

“Sülh vaxt tanımır” – Putin Ukrayna barədə danışdı

Rusiya Prezidenti Vladimir Putin Valaam adasına səfəri zamanı Ukraynadakı vəziyyətlə bağlı açıqlama verib. 

 

Sfera.az xəbər verir ki, Kremlin mətbuat xidmətinin məlumatına görə, dövlət başçısı heç bir vaxt məhdudiyyəti olmadan uzunmüddətli və davamlı sülhün əldə olunmasının vacibliyini vurğulayıb.


“Bütün bunlar birlikdə müzakirə edilməli və heç bir zaman məhdudiyyəti olmadan uzunmüddətli, davamlı sülhün əsası kimi qoyulmalıdır”, – Putin bildirib.

 

Prezidentin sözlərinə görə, Rusiyanın əsas məqsədi Ukraynadakı böhranın səbəblərini aradan qaldırmaq və ölkənin təhlükəsizliyini təmin etməkdir. O əlavə edib ki, Moskvanın nizamlanma üçün irəli sürdüyü şərtlər dəyişməz olaraq qalır.

 

Putin həmçinin qeyd edib ki, əgər danışıqlar üçün vaxt Kiyev üçün uyğun deyilsə, Rusiya gözləməyə hazırdır. O, İstanbulda keçirilmiş Rusiya-Ukrayna danışıqlarının üçüncü raundunu müsbət qiymətləndirərək, dialoqun hər zaman vacib olduğunu vurğulayıb.


Xatırladaq ki, bu gün Putin Belarus Prezidenti Aleksandr Lukaşenko ilə Valaamda qeyri-rəsmi görüş də keçirib. Liderlər artıq bir neçə ildir ki, yay aylarında birgə bu şəhərə səfər edirlər.

 

Fidan Hacızadə
Sfera.az

Seçilən
27
1
sfera.az

2Mənbələr