Azərbaycanda borcluya üzərinə həbs qoyulan əmlakı satmaq üçün iki ay möhlət veriləcək.
Referans-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin Torpaq, Mülki, Vergi və Mənzil Məcəllələrində, “Torpaq islahatı haqqında”, “Torpaq
bazarı haqqında”, “Notariat haqqında”, “İcra haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” və “İpoteka haqqında” qanunlarda
dəyişikliyi təsdiqləməsi ilə mümkün olub.
Dəyişiklik Azərbaycanda icra sənədinə əsasən satılmalı olan əmlakın, borclunun üzərinə həbs qoyulmuş əmlakının və ipoteka predmetinin
satılması ilə bağlı kompleks tənzimləmə nəzərdə tutulur.
Belə ki, icra sənədində satılmalı əmlak müəyyən edildiyi hallarda bildiriş borcluya rəsmi qaydada verildikdən, o cümlədən "Elektron icra
informasiya sistemi vasitəsilə onun (borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin) adına qeydə alınmış mobil telefon
nömrəsinə (nömrələrine) SMS-lə göndərildikdən sonra 7 iş günü ərzində o, əmlakın açıq bazarda satılması üçün icra məmuruna müraciət edə bilər.
Belə müraciət edildikdə icra məmuru 1 iş günü müddətində qərar qəbul edir və borcluya əmlakın satılması üçün 2 ay müddət verilir. Borclu bu
müddətdə əmlakı icra sənədində və ya qiymətləndiricinin hesabatında göstərilən dəyərinin yalnız 80 %-dən az olmayan qiymətə sata bilər.
Notarius vasitəsi ilə rəsmiləşdirilən əmlakın alqı-satqı əməliyyatlarının aparılması üçün icra məmurunun sözügedən qərarı "Elektron icra
informasiya sistemindən "Elektron notariat informasiya sisteminə göndərilir və əmlak satıldıqda notarius satışdan əldə olunan pul məbləğini
depozit hesabından icra xidmətinin depozit hesabına göndərir.
Notarius vasitəsi ilə rəsmiləşdirilməyən alqı-satqı əməliyyatları üzrə ödənişlər bilavasitə icra xidmətinin depozit hesabına köçürülür.
Əmlak bu müddətdə açıq bazarda satılmadığı halda elektron hərraca çıxarılır.
Borclunun üzərinə həbs qoyulmuş əmlakı və ya ipoteka predmeti isə əvvəlcə qiymətləndiricinin hesabatında göstərilən bazar dəyəri ilə tələbkara
təklif edilir. Bu halda tələbkara öz iradə ifadəsinin bildirilməsi üçün təklifi aldıqdan sonra 7 iş günü müddət verilir və tələbkar əmlakı qəbul etdikdə
bu hal protokolla rəsmiləşdilir. Həmin protokol imzalandıqdan sonra dərhal "Elektron icra" informasiya sistemi vasitəsilə "Elektron notariat"
informasiya sisteminə göndərilir. Tələbkar daşınmaz əmlak və rəsmi reyestrdə qeydiyyata alınan daşınar əmlak üzərində hüquqlarını protokolun
"Elektron notariat" informasiya sistemine göndərildiyi günden 5 iş günü müddətində rəsmiləşdirə bilər. Həmin əmlak üzərində hüquqların
rəsmiləşdirilməsi qeyd olunan protokol əsasında "Notariat haqqında" qanunun 63-cü maddəsinə uyğun olaraq həyata keçirilir. Digər əmlakın
tələbkara verilməsi icra məmurunun qərarı ilə rəsmiləşdirilir.
Borclu üzərinə həbs qoyulmuş əmlakı tələbkar qəbul etmədiyi, yaxud verilmiş müddətin ötürüldüyü hallarda şəxsən açıq bazarda satmaq üçün
icra məmuruna müraciət edə bilər. Belə müraciet olduqda 1 iş günü ərzində icra məmuru bu barədə qərar qəbul edir və borcluya əmlakın
qiymətləndiricinin hesabatında göstərilən dəyərinin 80%-den az olmayan qiymətə satılması üçün 2 ay müddət verir.
Üzərinə həbs qoyulmuş əmlak notarius vasitəsilə rəsmiləşdirilən alqı-satqı müqaviləsi əsasında satılmalı olduqda qəbul edilmiş qərar "Elektron
icra informasiya sistemindən "Elektron notariat" informasiya sisteminə göndərilir.
Qeyd edilən müddətdə və qaydada borclu satmadıqda həmin əmlak elektron hərraca çıxarılır.
Tələbkarın qəbul etmədiyi ipoteka predmeti, yaxud icra sənədinə əsasən satılmalı olan əmlak isə birbaşa elektron hərraca çıxarılır.
Dəyəri 5 000 manatdan az olan daşınar əmlak "Dövlet satınalmaları haqqında" qanunun tələblərinə əsasən müəyyən edilən elektron ticarət
platformaları vasitəsi ilə də satıla bilər.
Elektron hərracın keçirilməsi barədə sifariş "Elektron icra" informasiya sistemi vasitəsi ilə formalaşdırılır və hərrac müvafiq informasiya sistemi
vasitəsi ilə avtomatlaşdırılmış qaydada açıq auksion formasında keçirilir.
Sifariş yerləşdirildiyi gündən 30 təqvim günündən gec olmayaraq ilk elektron hərrac, ilk elektron hərrac baş tutmadığı, yaxud nəticələri ləğv
olunduğu gündən 10 təqvim günündən gec olmayaraq təkrar elektron hərrac keçirilir (tez xarab olan məhsullara münasibətdə layihədə qısaldılmış
müddətlər müəyyən edilmişdir).
İlk elektron hərracın keçirilməsi zamanı satışa çıxarılan əmlakın bazar qiymətinin ən azı 85 %-ni (minimum satış qiyməti), təkrar elektron hərracda
isə ən azı 65 %-ni (minimum satış qiyməti) təşkil edən təklif verildikdə elektron hərrac baş tutmuş hesab edilir.
Elektron hərrac başa çatdıqdan dərhal sonra onun nəticələri haqqında avtomatik olaraq protokol tərtib edilir. Protokol müqavilə qüvvəsinə
malikdir.
Protokol imzalandığı vaxtdan ən geci 7 iş günü müddətində elektron hərracın qalibi əmlakın satış qiymətini icra xidmətinin depozit hesabına
köçürməlidir.
Hərracın qalibi əmlakın satış qiymətini və qanunla müəyyən olunmuş ödənişləri (vergilər istisna olmaqla) həmin müddətdə ödəmədikdə və ya
protokolu imzalamaqdan imtina etdikdə növbəti yuxarı qiymət təklif etmiş şəxs elektron hərracın qalibi hesab olunur.
Elektron hərracda növbəti yuxarı qiymət təklif etmiş iştirakçı 3 təqvim günü müddətində özünün təklif etdiyi qiymətə elektron hərrac predmeti
olan əmlakı almağa razılığını bildirə və əmlakı elektron hərracın predmeti olan əmlakı elektron hərracın qalibinin alması üçün müəyyən edilmiş
prosedura uyğun ala bilər.
İkinci ən yuxarı qiymət təklif etmiş şəxs əmlakı almaqdan imtina etdikdə, yaxud əmlakı almağa razılığını bildirdikdən 7 iş günü müddətində
əmlakın satış qiymətini tam ödəmədikdə sıra ilə növbəti yuxarı qiymət təklif etmiş şəxslərə eyni qayda tətbiq olunur.
Növbəti yuxarı qiyməti təklif etmiş digər iştirakçılar da əmlakı almaqdan imtina etdiyi, yaxud əmlakın satış qiymətini ödəmədiyi halda elektron
hərracın nəticələri avtomatik olaraq ləğv olunur.
Elektron hərracın qalibinin daşınmaz əmlak və ya rəsmi reyestrde qeydiyyata alınan daşınar əmlak üzərində hüquqlarının dövlət qeydiyyatına
alınması məqsədilə elektron hərracın nəticələri barədə protokol "Elektron icra informasiya sistemindən Elektron Hökumət Informasiya Sistemi
vasitəsilə müvafiq reyestrlərə ötürülür.
Hərracda satılmış, yaxud tələbkarın əldə etdiyi daşınmaz əmlakın təhvil verilməsi ilə bağlı alıcı (elde eden) və borclu, yaxud maraqlarına toxunan
digər şəxslər arasında mübahisə yarandıqda əmlakı əlavə məhkəmə qərarı tələb olunmadan alıcının (əldə edənin) tələbi ilə icra məmuru boşaldır
və ona təhvil verir.
Təkrar elektron hərracda satılmayan emlak onun bazar qiymətinin 65%-1 həcmində yenidən tələbkara təklif olunur. Tələbkar hərracda satılmayan
əmlakı qəbul etməkdən imtina etdikdə və ya verilmiş müddət ötürüldükdə əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya
digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır.
Elektron hərracın keçirilməsi ilə bağlı xərcləri hərracın qalibi, hərracda satılmayan əmlakı tələbkar əldə etdikdə ise o, ödəyir. Hərracın baş
tutmadığı digər hallarda hərrac xərcləri hərracda iştirak haqları hesabına kompensasiya edilir.
Elektron hərracın keçirilməsi qaydası, elektron hərracda iştirak haqqı ve elektron hərracın keçirilməsi ilə bağlı xərclərin məbləğini Nazirlər Kabineti
təsdiq edir.
Üzərinə həbs qoyulmuş dövlət əmlakı icra məmurunun sifarişi əsasında yalnız İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin
hərrac təşkilatı Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada salır.
Dəyişikliklə həmçinin aşağıdakı məsələlər tənzimlənib:
- icra məmurlarının icra ödənişinin alınması barədə qərarlarının müstəqil icra sənədi kimi müəyyən edilməsi və onların icrası qaydasının
tenzimlənməsi;
- borcludan tutulmuş pul məbləğinin tələbkarın tələbinin təmin olunması ilə yanaşı, həm də icra ödənişinin, icra hərəkətlərinin həyata keçirilməsi
ilə bağlı xərclərin, İcra sənədi üzrə icraat zamanı borcluya tətbiq olunmuş. cərimələrin ödənilməsi üçün istifadə edilməsi;
- könüllü icra üçün müəyyən olunmuş vaxtda icra sənədi üzrə ödənilməli pul məbləğini borclunun qismən ödəməsi halında icra ödənişinin borcun
qalan hissəsindən, vaxtaşırı ödənişlər üzrə icra ödənişinin yığılmış borc məbləğindən hesablanmaqla tutulması;
- icra ödənişinin borcludan tam və ya hissə-hissə tutulması imkanı;
- icraatın dayandırılması qaydasının təkmilləşdirilməsi, icraata xitam verilməsi ilə bağlı icra məmurunun və icra qurumunun rəhbərinin hərəkətləri
üçün müddətlərin konkretləşdirilməsi;
- borcun qalan hissəsindən, vaxtaşırı ödənişlər üzrə icra ödənişinin yığılmış borc məbləğindən hesablanmaqla tutulması; - icra ödənişinin
borcludan tam və ya hissə-hissə tutulması imkanı; icraatın dayandırılması qaydasının təkmilləşdirilməsi, icraata xitam verilməsi ilə bağlı icra məmurunun və icra qurumunun rəhbərinin hərəkətləri üçün müddətlərin konkretləşdirilməsi.( "Report")