İspaniya Kral Futbol Federasiyası “Real”ın La Liqanın ilk turunun “Osasuna” ilə matçının təxirə salınması tələbini rədd edib.
Futbolpress.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
“Real” daha əvvəl Klublararası Dünya Çempionatında iştirak etdiyi üçün fiziki hazırlığının tam bərpa olunması məqsədilə ilk turun oyununun təxirə salınmasını istəmişdi. “Kral klubu” turnirdə yarımfinalda PSJ-yə uduzaraq mübarizəni dayandırmışdı.