AZ

Aslan Kərimov: "Yaxşı əks hücumlar qura bilir, amma müdafiədə çatışmazlıqlar çoxdur"

"Şkendiya" keçiləsi rəqibdir. Fikrimcə, "Qarabağ" "Styua" ilə düşsəydi, daha ağır olardı".

İdman.biz xəbər verir ki, bu sözləri Sport24.az-a açıqlamasında veteran futbolçu Aslan Kərimov deyib.

Təcrübəli mütəxəssis "Qarabağ"ın Çempionlar Liqasının III təsnifat mərhələsində "Şkendiya" (Makedoniya) ilə oyunlarından gözləntilərini açıqlayıb: "Şkendiya" zəifdir demək istəmirəm. Sadəcə, bu rəqibləri müqayisə etdikdə təmsilçimizin FCSB ilə oyunda daha çətin anlar yaşaya biləcəyini vurğulamaq istəyirəm. FCSB-nın "Şkendiya"ya məğlub olmasının səbəblərindən biri də yalnız əks hücumlara bel bağlaması oldu. Oyunu izlədim. Dominat oynadılar, amma müdafiədə boşluqlar var idi. Açıq futbol nümayiş etdirə bilmədilər. "Şkendiya" kompakt müdafiə olunan komanda olsa da, "Qarabağ" üçün onların müdafiəsini yarmaq problem olmayacaq. Düzdür, Şimali Makedoniya təmsilçisi yaxşı əks hücumlar qura bilir, amma müdafiədə çatışmazlıqlar çoxdur".

Qeyd edək ki, komandalar arasında ilk görüş avqustun 5-də Şimali Makedoniyadakı "Todor Proeski" stadionunda baş tutacaq. Cavab qarşılaşması isə avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

İdman.biz

Seçilən
6
1
idman.biz

2Mənbələr