AZ

Bakıda ilk dəfə qənnadçılıq və çörəkbişirmə sənəti üzrə beynəlxalq çempionat keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan paytaxtında ilk dəfə olaraq beynəlxalq səviyyəliqənnadı və çörəkbişirmə sənəti üzrə birincilik – "Pastry & BakeryChefs Baku Cup 2025" keçirilib.

Trend xəbər verirki, çempionat Azərbaycan Aşpazlar Gildiyası, Bakı AşpazlarAssosiasiyası və DIYAR.AZ layihəsi olan “Azərbaycanın QastronomikXəritəsi” tərəfindən təşkil olunub.

Badamdar “Hotel & Residences”də baş tutan tədbir Azərbaycan,Türkiyə, Pakistan, Özbəkistan, Qətər, Şri-Lanka, İran, BƏƏ,Vyetnamdan gələn nümayəndələri, həmçinin, peşəkar qənnadçıları vəixtisaslaşmış təhsil müəssisələrinin tələbələrini bir arayagətirərək, ustalıqlarını nümayiş etdirmək və təcrübə mübadiləsiaparmaq üçün unikal platforma təqdim edib.

Açılışda Azərbaycan himni səsləndirilib, şəhidlərin xatirəsi birdəqiqəlik sükutla yad olunub.

Azərbaycan Aşpazlar Gildiyasının və Bakı AşpazlarAssosiasiyasının sədri, beynəlxalq dərəcəli usta İlkin Əkbərzadəqeyd edib ki, çempionat ölkədə qənnadı və çörəkbişirmə sahəsinininkişafına, istedadlı mütəxəssislərin aşkara çıxarılmasına vəonların beynəlxalq arenada tanıdılmasına töhfə verəcək.

DIYAR.AZ layihəsi – “Azərbaycanın Qastronomik Xəritəsi”ninmüəllifi və rəhbəri Nigar Əmirbəyova tədbirin əhəmiyyətini busözlərlə vurğulayıb:

"Belə beynəlxalq çempionatlar tez-tez keçirilməlidir, çünki hərkəsin xaricdə keçirilən yarışlara qatılmaq imkanı olmur. ÇempionatıAzərbaycanda təşkil etməklə, biz iştirakçılara özlərini göstərmək,xarici münsiflər və mütəxəssislərlə ünsiyyət qurmaq, suallarvermək, məsləhətlər və tövsiyələr almaq imkanı verdik. Ən əsası isə– bütün bu emosiyaları, rəqabət ruhunu və eyni zamanda, birliyiyaşamaq şansı təqdim etdik!"

Qastronomiya ustası Qabil Quliyev isə bildirib ki, Azərbaycanınmilli qastronomiyasının beynəlxalq səviyyədə tanıdılması çoxvacibdir:

“Azərbaycanın ənənəvi şirniyyatları və çörəkbişirmə sənəti qədimtarixə malikdir. Xüsusilə lavaş UNESCO-nun mədəni irs siyahısınadaxildir. Dünyaya Azərbaycan mətbəxinin zənginliyini göstərmək ölkəirsinin təbliğatı üçün olduqca önəmlidir”.

Qonaqlara konsert proqramı da təqdim olunub.

İştirakçılar aşağıdakı nominasiyalarda yarışıb: “Millişirniyyatlar masası”, “Art-sinif (şirniyyat və şokoladməmulatları)”, “Toy tortu”, “Çörəkbişirmə sənəti”, “Meyvə vətərəvəz oyma kompozisiyaları”, “Tortun praktiki hazırlanmasısinfi”.

Çempionatın nəticələrinə görə:

  • Altı nominasiya üzrə milli iştirakçılar qızıl medallara və başkuboka layiq görülüblər.
  • Türkiyə – qardaş ölkənin peşəkar şefləri bir qızıl və bir gümüşmedal qazanıblar.
  • Özbəkistan – komanda birinci yer tutaraq kubok, həmçinin, birqızıl və bir gümüş medal qazanıb.
  • Pakistan – aşpazlar ikinci yer kubokunu və bürünc medallarıevlərinə aparıblar.

Münsiflər heyəti müxtəlif ölkələrin aparıcı mütəxəssislərindənibarət olub: Çamil Fernando (münsiflər heyətinin sədri, Qətər),Şahid Miyan (Pakistan), Süleyman Kursak, Metin Ayhan, Hüseyn Şipal(Türkiyə), Xoşan Desilva (BƏƏ), Don David, Bəhruz Qəlbinur(Azərbaycan).

Qətər nümayəndəsi Çamil Fernando Bakıya ilk səfərində beynəlxalqçempionatın təşkilini yüksək qiymətləndirib:

“Gənc azərbaycanlı aşpazların işləri məni yaxşı mənadaheyrətləndirdi. Onların inkişaf və irəliləyiş arzusu hörmətdoğurur. Xüsusilə təşkilatçıların peşəkarlığını, iştirakçı vəqonaqların mehriban atmosferini, səmərəli təcrübə mübadiləsini vəAzərbaycanda keçirdiyim yeni, parlaq təəssüratları qeyd etməkistərdim”.

Pakistan nümayəndəsi Şahid Miyan bildirib ki, bu cür layihələrbeynəlxalq əlaqələrin möhkəmlənməsinə və kulinariya sahəsindəəməkdaşlığın genişlənməsinə xidmət edir: “Azərbaycan və Pakistanqardaş ölkələrdir və bizim üçün belə çempionatda iştirak etməkböyük şərəfdir. Bu yarışlar mədəniyyətlərin qarşılıqlızənginləşməsinə ciddi töhfə verir”.

Çempionat çərçivəsində beynəlxalq səviyyədə tanınmışqastronomiya ekspertləri tərəfindən master-klaslar da keçirilib.Onlar həm ənənəvi, həm də müasir milli yeməklərin hazırlanmasındamüəllif texnologiyaları və praktik bacarıqlarını nümayişetdiriblər.

Çempionatın sonunda mükafatlandırma mərasimi keçirilib.

"Pastry & Bakery Chefs Baku Cup 2025" əsl qastronomiya bayramınaçevrilərək Bakının dünyanın dörd bucağından olan kulinar fitriistedadlarını bir araya gətirən qovşağa dönməkdə olduğunu sübutayetirib.

İnformasiya dəstəyi: Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Məqalədə:
Seçilən
31
2
az.trend.az

3Mənbələr