AZ

ABŞ Senatının Komitəsi Ukraynaya 1 milyard dollarlıq yardımı təsdiqləyib

ABŞ Senatının Təxsisatlar Komitəsi 852 milyard dollarlıq müdafiə büdcəsi layihəsini təsdiqləyib, o cümlədən Ukraynaya 1 milyard dollar dəstək nəzərdə tutulub.

Herbiand.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, Demokratlar və Respublikaçılardan olan 26 senator qanun layihəsinin lehinə səs verib. Bunun əleyhinə yalnız üç nəfər səs verib.

Prezident Donald Trampın rəhbərlik etdiyi Ağ Ev Kiyevin maliyyələşdirilməsini büdcə sorğusuna daxil etməyib. Sənədi şərh edən Müdafiə Alt Komitəsinin Respublikaçı sədri Mitch McConnell bildirib: "Təkcə əvvəlki administrasiya deyil, indiki administrasiya da üzləşdiyimiz problemi lazımi səviyyədə qiymətləndirməyib".

Seçilən
10
herbiand.az

1Mənbələr