İyul ayında Rusiya Ukraynaya təxminən dörd min “Şahed” hücum pilotsuz uçuş aparatı və 260-a yaxın müxtəlif tipli raketlə hücum edib.
Xezerxeber.az bu barədə Ukrayna Prezidenti Volodimir Zelenskinin bəyanatına istinadla xəbər verir.
Prezidentin sözlərinə görə, təkcə iyul ayında ruslar Ukraynaya qarşı 5100-dən çox idarə olunan hava bombası, 3800-dən çox “Şahed” dronu, təqribən 260 müxtəlif tipli raketlərdən istifadə ediblər ki, onlardan 128-i ballistik olub. Bunu yalnız birlikdə - Amerika, Avropa və digər qlobal aktorların səyləri ilə birlikdə dayandırmaq olar.
Zelenski qeyd edib ki, hazırda Ukrayna ilə tərəfdaşlar arasında hər bir qarşılıqlı əlaqə vacibdir. “Hər gün vacibdir. Ukraynaya kömək edən hər kəsə təşəkkür edirəm”, -deyə o bildirib.
Ukrayna Prezidenti qeyd edib ki, o, daxili işlər naziri İqor Klimenkonun hesabatını dinləyib. O əlavə edib ki, Kiyevdə dünənki hücumdan zərər çəkmiş ərazilərdə təcili bərpa işləri hələ də davam edir. Artıq bütün axtarış-xilasetmə işləri yekunlaşıb.