AZ

Xulio Velaskes hələ “Sabah”la oyun haqda düşünmür

“Levski”nin (Sofiya) baş məşqşçisi Xulio Velaskes çempionat matçında sonra Konfrans Liqasında “Sabah”la oyunu düşüşəcəklərini söyləyib.

Arena.az Bolqarıstan mətbuatına istinadən xəbər verir ki, 43 yaşlı mütəxəssis bu barədə Portuqaliya təmsilçisi “Braqa”ya əlavə vaxtda uduzduqları (0:1) Avropa Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.

Xulio Velaskes məğlub olduqları komandanın büdcəsinə görə onlardan 11 dəfə böyük olduğunu söyləyib:

“Çox ciddi klubla üz-üzə gəldik. Əla oyunlar keçirdik. Bəzi fürsətlərdən yararlana bilmədik. Futbolçulara və azarkeşlərə təşəkkür edirəm. İndi diqqətimizi bazar günü baş tutacaq çempionat qarşılaşmasına cəmləyəcəyik. Sonra yenidən avrokubok matçı haqqında düşünəcəyik”.

Qeyd edək ki, “Sabah” Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsində Sofiya “Levski”si ilə üz-üzə gələcək. Bakı təmsilçisi ilk oyununu avqustun 7-də səfərdə, cavab görüşünü isə avqusun 14-də evdə keçirəcək. “Levski” avqustun 3-də Bolqarıstan çempionatının 3-cü turunda “Slaviya” (Sofiya) ilə qarşılaşacaq.

Seçilən
22
3
arena.az

4Mənbələr