AZ

Sabah Azərbaycan qazının Suriyaya ixracına start veriləcək – Kilisdə rəsmi mərasim keçiriləcək

Avqustun 2-də Azərbaycan təbii qazının Türkiyə ərazisindən keçərə Suriyaya ixracına başlanılacaq.

Bu münasibətilə Türkiyənin Kilis şəhərində rəsmi tədbir keçiriləcək.

Azərbaycan ilə Suriya arasında enerji əməkdaşlığı

Yeni ixrac marşrutu Azərbaycan ilə Suriya arasında enerji sahəsində əməkdaşlığın genişləndirilməsi və Azərbaycanın Yaxın Şərq regionundakı fəaliyyətinin intensivləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Layihə həmçinin Azərbaycanın enerji ixracı üzrə coğrafi şaxələndirmə siyasətinin növbəti uğurlu nəticəsi kimi qiymətləndirilir.

Xatırladaq ki, bu ilin iyul ayında Suriya Prezidenti Əhməd Əl Şaraa Azərbaycana rəsmi səfər edib. Bundan əvvəl isə Antalya Diplomatiya Forumu çərçivəsində Prezident İlham Əliyevlə görüş keçirilib. Görüşlər zamanı Azərbaycan tərəfi Suriyanın münaqişədən sonrakı dövrdə inkişafına və bərpa-quruculuq proseslərinə töhfə verməyə hazır olduğunu bəyan edib.

Azərbaycanın enerji ixracı coğrafi baxımdan genişlənir

Prezident İlham Əliyevin tapşırığına əsasən Baş nazirin müavini Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti, eləcə də Xarici İşlər Nazirliyinin nümayəndələri Suriyada səfərdə olub, ölkənin iqtisadi dirçəlişinə Azərbaycanın göstərə biləcəyi dəstək imkanları müzakirə edilib.

Azərbaycan qazının Suriya bazarına çıxarılması yeni əməkdaşlıq istiqaməti kimi qiymətləndirilir. Hazırda Azərbaycan 12 ölkəyə, əsasən də Avropa dövlətlərinə qaz ixrac edir. Yaxın Şərqə yönəlmiş ixrac xətti isə ölkənin enerji strategiyasında yeni bir mərhələdir. Eyni zamanda, Suriya gələcəkdə yalnız idxalçı deyil, həm də tranzit ölkə qismində çıxış edə bilər.

Seçilən
11
50
banker.az

10Mənbələr