AZ

“Bundan sora bəzi "acgöz" təşkilatçılar dərs alacaq” - MÜĞƏNNİ DANIŞDI

“Mən Türkiyədən gələn müğənnini Rzanı tanımırdım. Bu məsələdə tanıdım. Ölkəmizin möhtəşəm səsə malik olan ifaçılarının olduğu halda niyə başqa ölkədən birisini gətirib küllü miqdarda pul verib, dəyərləndirirsiniz?!”. Bu sözləri SİA-ya açıqlamasında müğənni Ofelya Şabanova deyib.

Onun sözlərinə görə, Azərbaycanda olan təşkilatçılar Azərbaycana gələn müğənniləri dağ başına qaldırıb, dəyər verirlər, yaltaqlıq edirlər və sonrada o müğənnilər bizə qarşı ağız dolusu tənqidlər yağdırırlar: “Onlarda günah yoxdur. Günah bizim xalqın bəzi yaltaq insanlardandır”.

Ofelya Şabanova sözlərinə belə davam edib: “Tək bu deyil digər əcnəbi ifaçılar gələndə, yüngül həyat tərzi yaşayan qadınlar özlərini küçə itləri kimi atırlar onların qucağına. Onsuzda bəzi şərəfini satan əxlaqsızların ucbatından bəzi ölkələr bizim ölkəyə dırnaq arası baxır. Ümüd edirəm ki, bundan sora bəzi "acgöz" təşkilatçılar dərs alacaq”.

Ayşən Vəli

Seçilən
32
1
sia.az

2Mənbələr