AZ

“Gənclərə iş, Turislərə nəvaziş!” adlı layihənin icrasına start verildi

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı” İctimai Birliyi "Gənclərə iş, Turistlərə nəvaziş!" adlı maarifləndirici, infrastruktur və davamlı inkişaf layihəsinin icrasına başlamışdır.

4 ay müddətində “Turistik kənd” olan – Lerik rayonunun Bibiyani kəndində icra ediləcək layihənin əsas məqsədləri adıçəkilən kənddə turizm infrastrukturunun modernləşdirilməsi (“turistik ev”lərin avadanlıqlarla təchizi), regional turizmin inkişafında bölgə gənclərinin “capacity building” potensialının artırılmasını nəzərdə tutur. Layihə bu “turustik kənd”in gənclərində, qonaqlama, iaşə, marketinq, PR, sosial media, reklam və digər turizm xidmətlərinə maraq yaradaraq bu işləri təşviq etməsinə, kənddə davamlı “turizm gənclər icması”nın yaradılmasına və bu icma gənclərinin regional turizmin inkişafına və məşğulluq fəaliyyətlərinə dəstək verməsini nəzərdə tutur. 

Layihə çərçivəsində Lerik rayonu Bibiyani kəndində turizm, qonaqlama, xidmət və gənclərin məşğulluğu ehtiyaclarının qiymətləndirilməsi, turizm dəyər zəncirinin təhlili və bunlar əsasında irəliləyən fəaliyyətlər üçün “Concept Note” hazırlanması,  yerli gəncləri turizm fəaliyyətinə requlyar cəlb etmək üçün bu kənddə davamlı fəaliyyət göstərəcək “Turizm gənclər icması”nın yaradılması və bu icmanın üzvü olan gənclərin “capacity building” potensialını artırmaq üçün onlara turizm, qonaqlama, biznes, marketinq, PR və sosial reklam sahəsində peşəkar təlimlərin təşkili və “Turistik  kənd”də hədəf “turistik ev”lərin modernləşdirilməsi, təchizatı, infrastruktun yenilənməsi və onların PR və sosial media tanıtımı üçün dəstəyin göstərilməsi işləri həyata keçiriləcəkdir.

Layihə daxilində davamlı fəaliyyət göstərəcək icmanın turistik kənddə dayanıqlı fəaliyyəti və onların regional turizm fəaliyyətləri işini yüksəltmək, yeni turizm məhsulları və təcrübəsini genişləndirmək üçün maliyyə mənbələrinə çıxış potensialının artırılmasına da dəstək göstəriləcəkdir.

Seçilən
10
sabahinfo.az

1Mənbələr