AZ

"Qarabağ"ın qolunu saymayan hakim yenidən Bakıya gəlir

10 il öncə "Qarabağ"ın qolunu saymayan hakim "Araz-Naxçıvan" - "Omoniya" matçında ədaləti qorumağa çalışacaq.

Aktual.az xəbər verir ki, VAR hakiminin köməkçisi olacaq Miroslav Zelinka 2014/2015 mövsümündə Avropa Liqasının qrup mərhələsinin son tur matçında "Qarabağ"ın Tofiq Bəhramov adına Respublika stadionunda İtaliya "İnter"inə qarşı keçirdiyi oyunun baş hakimi olub.

O, axırıncı dəqiqələrdə Ağdam komandasının təmiz qolunu hesaba almayıb. Nəticədə Azərbaycan klubu qrupdan çıxa bilməyib.

Qeyd edək ki, avqustun 7-də "Liv Bona Dea Arena"da keçiriləcək "Araz-Naxçıvan" - "Omoniya" görüşü saat 20:00-da başlanacaq. Cavab görüşü avqustun 14-də Nikosiyadakı GSP stadionunda olacaq.

Seçilən
72
7
ulusum.az

8Mənbələr