AZ

ABŞ-nin yeni tarifləri avqustun 7-də qüvvəyə minəcək

ABŞ Prezidenti Donald Trampın 70-ə yaxın ölkəyə tətbiq etdiyi yeni idxal tarifləri ilkin olaraq planlaşdırıldığı kimi deyil, avqustun 7-də qüvvəyə minəcək. 

Missiya.Az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

"Bu, uzadılma kimi başa düşülməməlidir, lakin Gömrük və Sərhəd Mühafizəsinə bu tarifləri tətbiq etmək üçün kifayət qədər vaxt vermək lazımdır",- deyə ABŞ lideri bildirib.

Xatırladaq ki, daha əvvəl Tramp bildirmişdi ki, ticarət tərəfdaşları ilə danışıqlar avqustun 1-nə kimi yekunlaşacaq. 

Nurlana ƏhmədovaMissiya.Az

Seçilən
18
missiya.az

1Mənbələr