Son dövrlər köhnə yaşayış binalarının həyət girişlərində şlaqbaumların quraşdırılması halları artmaqdadır. Bu cür tədbirlər bina sakinlərinin rahatlığı baxımından müsbət sayılsa da, təhlükəsizlik məsələləri bəzən nəzərdən qaçırılır. Belə ki, həyətə yalnız sakinlərin daxil ola bilməsi, fövqəladə vəziyyətlər zamanı məsələn, təcili tibbi yardım və ya FHN əməkdaşlarının hadisə yerinə vaxtında çatmasına əngəl törədə bilər.
Bəs şlaqbaumları kim quraşdırır və bu, qanunidirmi?
Referans xəbər verir ki, məsələ ilə bağlı Milli.Az-a nəqliyyat eksperti Yasin Mustafayev bildirib ki, bu, qanun çərcivəsində olmalıdır:
"Bu yalnız müvafiq qurumlarla razılaşdırılmalıdır. Əks halda qanunsuzdur. Digər vətəndaşların hüquqlarını məhdudlaşdırmaqdır. Həmçinin təcili tibbi yardım, yanğınsöndürənlər həmin hadisəyə görə gecikirlərsə, bu ciddi məsuliyyət yaradır. Qanunsuz şəkildə ümumi istifadə olan əraziyə şlaqbaum qoymaq olmaz. Əgər şəxsin özəl mülkiyyətidirsə, o zaman quraşdırıla bilər".