Bu gün İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai ABŞ, Fransa və bir neçə Qərb dövlətinin İranın kəşfiyyat qurumlarının bu ölkələrdə artan dövlət təhdidlərində ittihamlarını tənqid edib.
"Azad İran" "Telegram" kanalı bu barədə IRNA agentliyinə istinadən məlumat yayıb.
İ.Bəqai bu iddiaları əsassız və gülünc adlandıraraq rədd edib.
O bildirib ki, bu cür bəyanatlar ictimai diqqəti əsl problemlərdən - xüsusilə Qəzzada davam edən humanitar böhrandan yayındırmaq məqsədi daşıyır.
"İrana qarşı ittihamlar irəli sürən dövlətlər əslində özləri terror qruplaşmalarını dəstəkləyir və beynəlxalq hüquqları pozurlar", - deyə İranın XİN sözçüsü vurğulayıb.