AZ

Azərbaycan qazının Suriyaya nəqlini maliyyələşdirdiyi üçün Qətərə TƏŞƏKKÜR ETDİ

ABŞ-ın Ankaradakı səfiri Tom Barak Azərbaycan təbii qazının Suriyaya nəql edilməsi layihəsini maliyyələşdirdiyinə görə Qətərə təşəkkür edib.

Bizim.Media xəbər verir ki, səfir bu barədə “X” hesabında paylaşım edib. 

Barak vurğulayıb ki, avqustun 2-dən başlayaraq Türkiyə ərazisi vasitəsilə Suriyaya nəql ediləcək Azərbaycan təbii qazı sayəsində 5 milyon evin ehtiyacını təmin etmək mümkün olacaq:

“Bu, kritik anda vəziyyətin nizamlanması və sabitlik üçün vacib addımdır”. 

Xatırladaq ki, avqustun 2-dən etibarən Suriya Azərbaycandan 3,4 milyon kubmetr qaz almağa başlayacaq. Azərbaycandan ixrac edilən qaz Kilis üzərindən Suriyaya ixrac olunacaq.


Bizim.Media

Seçilən
12
4
bizim.media

5Mənbələr