AZ

Həmin təyyarədə olan 4 nəfər "Boeingi" məhkəməyə verdi

ABŞ-də ötən il havada ikən gövdəsindən bir hissənin qopması səbəbilə təcili eniş edən təyyarədəki 171 sərnişindən 4-ü təyyarənin istehsalçısı "Boeingi" şirkətinə qarşı məhkəmə iddiası qaldırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, 1282 saylı uçuş zamanı sol orta çıxış qapısının qapağı partlayan təyyarədə olan 4 sərnişin fərdi şəkildə məhkəməyə müraciət edib.

Sənədlərdə bu sərnişinlərin həm fiziki, həm də psixoloji zərər gördükləri və maddi itkilərə məruz qaldıqları qeyd olunub.

Vaşinqton ştatının Sietl şəhərində açılan məhkəmə işi ilə bağlı hələlik "Boeing" tərəfindən rəsmi açıqlama verilməyib.

Seçilən
10
1
operativmm.az

2Mənbələr