AZ

Muzey işçisi eksponatları oğurlayaraq 60 000 dollara satıb

Bakivaxti saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İngiltərədə 66 yaşlı muzey işçisi 20 il ərzində eksponatları oğurlayaraq 60 min dollara satıb.

Bakıvaxtı.az "Daily Mail"ə istinadən xəbər verir ki, Norfolkdakı "Gressenhall Farm and Workhouse" muzeyinin keçmiş əməliyyat meneceri Stiven Harris muzeyin kolleksiyasından tarixi əsərlər oğurlamaqda ittiham olunub.

Prokurorların sözlərinə görə, muzey işçisi 2005-ci ildən 2022-ci ilə kimi muzeyin saxlanc yerlərindən istifadə edərək qiymətli eksponatlar, o cümlədən keramika, şüşə, sikkələr və dekorativ boşqablar oğurlayıb. Əşyalar daha sonra hərrac evlərində onun adına hərraca çıxarılıb. Satışdan əldə edilən təxmini gəlir ən azı 60 000 dollar olub. 

Təqsirləndirilən şəxs isə ittihamları qəti şəkildə rədd edib.

Muzey rəsmiləri araşdırmaların davam etdiyini əsas gətirərək şərh verməkdən imtina ediblər.

Gülşən Şərif

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
15
1
bakivaxti.az

2Mənbələr