AZ

Kəsişmə yerində dayanıb guya yol verir: Bu hərəkətin cəriməsi var VİDEO

Avtosfer saytından alınan məlumata görə, ain.az bildirir.

Nizamlanmayan yolayrıclarında ikinci dərəcəli yolla hərəkət edən sürücülər çox zaman qaydalara əməl etmədikləri üçün ciddi təhlükə yaradırlar. Avtosfer.az xəbər verir ki, bu cür sürücülər kəsişməyə yaxınlaşarkən lazım olan nöqtədə dayanmayaraq baş yolla hərəkət edənlərin zolağına daxil olurlar. Onlar elə düşünürlər ki, dayanıb yol verirlər, lakin bu zaman təhlükəli vəziyyətə səbəb olurlar.

Belə hallardan biri avtomobildəki kameraya qeyd olunub. Hadisə Ələsgər Ələkbərov küçəsilə Mikayıl Müşfiq küçəsinin kəsişməsində baş verib. 10-DN-900 dövlət nömrə nişanlı "Toyota" markalı avtomobilin sürücüsü kəsişmə nöqtəsinə daxil olaraq, sol tərəfdən gələn nəqliyyat vasitələrinin yoluna çıxıb və onların hərəkətinə maneə törədib.

Qeyd edək ki, sürücü kəsişmə yerinə daxil olduqdan sonra dayansa da, maneə törətdiyi üçün 3 bal 100 manat məbləğində cərimə oluna bilər.

Fərid

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
21
avtosfer.az

1Mənbələr