Avqustun 1-də Beynəlxalq Muğam Mərkəzində Xalq artisti, muğam sənətinin görkəmli nümayəndəsi Arif Babayevlə vida mərasimi keçirilib.
Xezerxeber.az xəbər verir ki, mərhumun cənazəsi Beynəlxalq Muğam Mərkəzinin matəmsayağı bəzədilmiş səhnəsində postament üzərinə qoyulub.
Postamentin ətrafına Azərbaycan Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, dövlət və hökumət təşkilatları adından əklil düzülüb.
Muğam sənətinin görkəmli nümayəndəsi Arif Babayevin həmkarları, dostları, tanınmış mədəniyyət, incəsənət və elm xadimləri, deputatlar, mərhumun sənətinin pərəstişkarları Muğam Mərkəzinin binasına gələrək, unudulmaz sənətkara son borclarını veririblər.
Vida mərasimini mədəniyyət naziri Adil açaraq, Arif Babayevin zəngin həyat və yaradıcılıq yolundan danıb. O, böyük sənətkarın Azərbaycan muğam məktəbinin inkişafında və tanıdılmasında göstərdiyi misilsiz xidmətləri vurğulayıb. Bildirib ki, Arif Babayevin ifası və sənətə olan yanaşması nəinki milli musiqimizə, ümumən mənəviyyatımızda dərin izlər buraxıb.
Nazir qeyd edib ki, Arif Babayev öz sənəti ilə sadəcə muğamı deyil, bütöv bir musiqi fəlsəfəsini yaşadıb. Onun muğama gətirdiyi yeniliklər və ən əsası da tələbələrə ötürdüyü ustadlıq dərsləri bu gün muğam sənətimizin əsas dayaqlarından birinə çevrilib.
Azərbaycan Milli Konservatoriyasının rektoru Kamilə Dadaş-zadə, Xalq artisti Mənsum İbrahimov, Xalq artisti Vamiq Məmmədəliyev və Xalq artistinin oğlu Yaşar Babayev çıxış ediblər.