AZ

ASELSAN IDEF-2025-də qabaqcıl taktiki həllərini təqdim edib

Türkiyənin aparıcı müdafiə sənayesi şirkəti ASELSAN, müasir Silahlı Qüvvələrin müxtəlif əməliyyatlar üzrə dəyişən tələblərinə cavab verən və kritik missiya sahələrini əhatə edən inqilabi həllərini IDEF-2025 sərgisində təqdim edib.

“Poliqon” xəbər verir ki, sərgi çərçivəsində şirkət yeni nəsil döyüş sistemlərinin təqdimat mərasimini keçirib.

Bu məhsullar arasında GÖKTAN yerüstü dəqiq zərbə sistemi, KORAL 200 elektron müharibə sistemi, TURAN rabitə sistemi, EJDERHA antidron sistemi və GÜRZ hava hücumundan müdafiə (HHM) sistemi yer alıb.

Yerüstü dəqiq zərbə sistemləri seqmentində təqdim olunan GÖKTAN, istənilən hava şəraitində, gündüz və gecə vaxtı uzun mənzilli “yer-yer” zərbələrini yüksək dəqiqliklə həyata keçirmək üçün hazırlanıb. 360 dərəcə zərbə imkanı və çoxsaylı hədəflərə eyni vaxtda atəş açmaq qabiliyyətinə malik TOLUN-S ağıllı sursatı ilə təchiz olunmuş GÖKTAN, döyüş meydanında çevik və inteqrasiyaedilə bilən üstünlük təqdim edir.

Təqdim edilən məhsullardan biri olan KORAL 200, inkişaf etmiş elektron dəstək (ES – electronic support) və güclü elektron hücum (EA – electronic attack) funksiyalarını bir platformada birləşdirir. NATO standartlarına uyğun konsollarla təchiz edilən sistem, sürətli yerləşdirmə və yüksək performanslı fəaliyyət üçün nəzərdə tutulub. Həm müstəqil, həm də daha böyük qüvvələrin tərkibində işləyə bilən KORAL 200, mürəkkəb elektromaqnit mühitlərində çevik və effektiv müdafiə təmin edir.

EJDERHA yüksək güclü elektromaqnit antidron sistemi mini və mikro dronların elektron komponentlərini yönləndirilmiş enerji ilə hədəf alaraq onları sıradan çıxarır. Qoşqu və ya yarımqoşqu üzərinə montaj edilərək sürətli yerləşdirilə bilən bu sistem, ənənəvi siqnal qarışdırıcılardan fərqli olaraq, dronların idarəetmə sistemlərini fiziki olaraq məhv edir və qalıcı effekt verir, eyni zamanda əlavə zərərləri minimuma endirir.

GÜRZ HHM sistemi mobil və çox qısa mənzilli bir həll olmaqla yanaşı, təchiz edildiyi süni intellekt sayəsində uzaqdan və ya avtonom şəkildə fəaliyyət göstərə bilir. HERİKKS və HAKİM komanda-idarəetmə sistemləri ilə inteqrasiya olunan GÜRZ, aşağı hündürlükdəki təhdidləri (helikopterlər, raketlər və dronlara) həm zenit top, həm də raketlər vasitəsilə  məhv edir.

ASELSAN həmçinin TURAN sistemini də IDEF-də təqdim edib. Bu sistem hərəkətdə olan briqadalar üçün nəzərdə tutulmuş qabaqcıl taktiki rabitə sistemidir. O, hərəkət halında təhlükəsiz səs, məlumat və video rabitəsini təmin edir. Mülki infrastrukturda belə effektiv işləyə bilən TURAN, uzun məsafə, yüksək sürətli bağlantı və güclü şifrələmə imkanlarına sahibdir. Bu rabitə sistemi müttəfiq və kommersiya şəbəkələri arasında dəqiq koordinasiyanı təmin edir.

ASELSAN-ın baş direktoru Ahmet Akyol sözügedən sistemlərin təqdimatı ilə bağlı öz fikirlərini bildirib: “50 ilə yaxın təcrübəyə sahib olan ASELSAN, döyüş meydanında dəyişən çağırışlara cavab vermək üçün daim ən müasir və çevik texnologiyalar hazırlayır. Yeni təqdim etdiyimiz sistemlər, elektron müharibə, rabitə, dəqiq zərbə və dron əleyhinə müdafiə sahələrində əməliyyat üstünlüyünü artıran güclü həllər təklif edir. Şirkətimiz müdafiənin gələcəyini formalaşdıran innovativ sistemlərin hazırlanmasına və qlobal müttəfiqlərimizin tələblərinin qarşılanmasına sadiq qalacaq”.

#gallery-1 {

margin: auto;

}

#gallery-1 .gallery-item {

float: left;

margin-top: 10px;

text-align: center;

width: 100%;

}

#gallery-1 img {

border: 2px solid #cfcfcf;

}

#gallery-1 .gallery-caption {

margin-left: 0;

}

/* see gallery_shortcode() in wp-includes/media.php */

EJDERHA

GURZ

KORAL

TURAN

Seçilən
11
poliqon.az

1Mənbələr