Müğənni Günel Ələkbərovadan sonra Səfurə Əlizadə də evində apardığı təmir prosesi ilə diqqət çəkib.
Publika.az xəbər verir ki, ifaçı sosial media hesabında evindəki dəyişikliklərlə bağlı video paylaşıb.
Görüntülərdə Səfurə Əlizadənin rəngli divarı ağ boya ilə rənglədiyi anlar əks olunub. Müğənni paylaşımına “Evimdə yenilənmə” qeydi əlavə edib.
Sənətçinin bu paylaşımı sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanıb və müzakirələrə səbəb olub.