İtaliyanın Baş naziri Giorgia Meloni Türkiyəyə səfərə gəlir.
Newscenter.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin İnformasiya İdarəsi məlumat yayıb. Məlumata görə, səfər çərçivəsində İtaliyənın Baş naziri Prezident Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
Türkiyə Prezidenti İtaliya Baş nazirini İstanbuldakı Dolmabahçe sarayında qəbul edəcək. Görüş zamanı Ankara ilə Roma arasında siyasi. iqtisadi, humanitar sahədə əlaqələrin mövcud vəziyyəti, onun inkişaf perspektivləri müzakirə ediləcək. İki liderin görüşündə həmçinin, regional və qlobal məsələlər ətrafında da fikir mübadiləsi aparılacaq.
Anar Əliyev