AZ

Kamboca Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürəcək

Kamboca Tailandla münaqişənin nizamlanmasında göstərdiyi köməyə görə ABŞ Prezidenti Donald Trampı Nobel Sülh Mükafatına namizəd irəli sürməyə hazırlaşır.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Wall Street Journal"a müsahibəsində Kambocanın baş nazirinin müavini Sun Çantol məlumat verib.
"O, təkcə Kambocadakı deyil, digər regionlardakı işinə görə də Nobel mükafatı almalıdır", - deyə o bildirib.
Çantol vurğulayıb ki, Trampın iştirakı olmasaydı, ölkələr çətin ki, münaqişəyə son qoyulması ilə bağlı razılığa gələ bilərdilər.
Xatırladaq ki, iyulun 24-nə keçən gecə mübahisəli ərazidə iki ölkənin quru qoşunları arasında atışma başlayıb. Tailand hakimiyyəti Kambocanı münaqişəni qızışdırmaqda ittiham edib və daha sonra ölkənin Hərbi Hava Qüvvələri onun ərazisindəki hədəflərə zərbələr endirib.
Seçilən
18
1
sherg.az

2Mənbələr