AZ

Sonu yaxşı olmayacaq! Trampa pis xəbər

GlobalInfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

“ABŞ Prezidenti Donald Trampın təhdidləri Rusiyanın mövqeyində heç nəyi dəyişməyəcək”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ kəşfiyyatının keçmiş əməkdaşı Toni Şaffer deyib.

“Mən indi Trampın müşavirinin kim olduğunu bilmirəm, lakin Moskvaya qarşı təhdidlərin sonu yaxşı olmayacaq. Hamı sülh istəyir, o cümlədən Rusiya, lakin onlar əldə etdikləri nəticələrdən əl çəkməyəcəklər”, – deyə o bildirib.

Şaffer qeyd edib ki, Rusiyanı sıxışdırmaq və onu əlverişsiz sülh bağlamağa məcbur etmək cəhdləri heç bir nəticə verməyəcək.

Keçmiş kəşfiyyatçının sözlərinə görə, BRİKS dövlətlərinə qarşı heç bir sanksiya və ya rüsum işləməyəcək.

Əliyar Xəlil

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
54
globalinfo.az

1Mənbələr