AZ

Sloveniyadan İsrailə QADAĞA: Silah ixracı və idxalı dayandırıldı

Sloveniya hakimiyyəti silahların İsrailə ixracı, idxalı və tranzitinə qadağa qoyub.

Bakıvaxtı.az Sloveniya televiziyasına istinadən xəbər verir ki, bununla bağlı ölkənin baş naziri Robert Qolob qərar qəbul edib.

Bildirilib ki, baş nazirin təşəbbüsü ilə hökumət silah və hərbi texnikanın Sloveniyadan İsrailə və ya onun vasitəsilə ixracına və tranzitinə, habelə İsraildən Sloveniyaya idxalına qadağa qoyulması barədə qərarı təsdiqləyib.

Qeyd olunub ki, Sloveniya belə bir tədbir görən ilk Avropa ölkəsidir. Qərar, Qolobun Aİ-nin iyulun ortalarına qədər İsrailə qarşı konkret tədbirlər görmədiyi təqdirdə Sloveniyanın təkbaşına məhdudiyyətlər tətbiq edəcəyi barədə təkrar bəyanatlarından sonra verilib.

Qolob həmçinin elan edib ki, yaxın həftələrdə Sloveniya hökuməti İsrail hakimiyyətinə qarşı milli səviyyədə bir sıra əlavə tədbirlər hazırlayacaq.

Gülşən Şərif

Seçilən
11
bakivaxti.az

1Mənbələr