AZ

Elçin Məsiyev Avropa Liqasına təyinat aldı

Azərbaycanlı FIFA referisi Elçin Məsiyev təyinat alıb.

Futbolpress.az xəbər verir ki, o, Avropa Liqasının III təsnifat mərhələsinin ÇFR (Rumıniya) – “Braqa” (Portuqaliya) oyununu idarə edəcək.

Ona yan xətt hakimləri Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək.

Görüşün VAR hakimləri isə İspaniyadan olacaq. Əsas hakim kimi Sezar Soto Qrado, köməkçi isə Alexandro Munis təyinat alıb.

Avqustun 7-də keçiriləcək matça saat 21:30-da start veriləcək.

Seçilən
35
futbolpress.az

1Mənbələr